İdman

Makqreqor UFC-yə qayıtdı, 1 dəqiqəyə məğlub oldu

12 İyul 2026 10:19
Baxış: 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Maks Hollouey UFC 329 turnirinin əsas döyüşündə Konor Makqreqora qalib gəlib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Las-Veqasda keçirilən qarşılaşma birinci raundun 69-cu saniyəsində başa çatıb.

Beş ildən sonra oktaqona qayıdan Makqreqor döyüşün əvvəlində zərbə endirməyə çalışarkən sağ dizindən zədələnib. İrlandiyalı idmançı qarşılaşmanı davam etdirə bilməyib və hakim Holloueyin texniki nokautla qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, tərəflər ilk dəfə 2013-cü ildə qarşılaşıblar. Həmin döyüşdə Makqreqor hakimlərin yekdil qərarı ilə qalib gəlmişdi. Bu, irlandiyalının 2021-ci ildən sonra UFC-də ilk çıxışı olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.