Kral III Çarlzın səhər yeməyi seçimi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük Britaniya kralı III Çarlz günə sadə, lakin qidalı səhər yeməyi ilə başlayır.
Mütəxəssislərin sözlərinə görə, monarxın seçdiyi yemək ürək sağlamlığını qorumağa kömək edir, eyni zamanda dəri və beyin fəaliyyətinə də müsbət təsir göstərir.
Milli.Az xəbər verir ki, məlumata görə, III Çarlz səhərlər sobada bişirilmiş yumurta, pendir, ispanaq və pomidordan ibarət yeməyə üstünlük verir.
Bu səhər yeməyi zülal, vitamin, mineral və antioksidantlarla zəngin olduğundan sağlam qidalanma baxımından uğurlu seçim hesab olunur.
Keçmiş kral aşpazı Darren Makqreydi bildirib ki, o, vaxtilə həm şahzadə Dianaya, həm də kraliça II Yelizaveta yemək hazırlayıb. Onun sözlərinə görə, III Çarlz hər zaman mövsümi və təzə məhsullardan hazırlanan qidaları seçməyə üstünlük verib. Sobada bişirilmiş yumurta, ispanaq, pomidor və pendirdən ibarət səhər yeməyi isə kralın gündəlik menyusunda tez-tez yer alan yeməklərdən biridir.
Bu səhər yeməyi niyə faydalıdır?
Britaniya Ürək Fondunun məlumatına görə, yumurta yüksək keyfiyyətli zülal mənbəyidir. O, həmçinin B12 və D vitaminləri, eləcə də beyin və sinir sisteminin normal fəaliyyəti üçün vacib olan xolin maddəsi ilə zəngindir.
İspanaq isə A, C və K vitaminləri, fol turşusu və dəmir baxımından zəngin yarpaqlı tərəvəzlərdən biridir. Bu maddələr immun sisteminin möhkəmlənməsinə, qan dövranının yaxşılaşmasına və orqanizmin ümumi fəaliyyətinə müsbət təsir göstərir.
Mütəxəssislər bildirirlər ki, zülal və tərəvəzlə zəngin, balanslaşdırılmış səhər yeməyi gün ərzində toxluq hissini daha uzun müddət saxlamağa, enerji səviyyəsini qorumağa və sağlam qidalanma vərdişlərinin formalaşmasına kömək edir. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
11 yaşlı uşaq çaya düşdü
-
Evdə zibil qabını qətiyyən bu 5 yerə qoymayın
-
Burak Özçivitin artıq çəkisi diqqət çəkdi (Foto)
-
Kral III Çarlzın səhər yeməyi seçimi
-
Kürdəmirdə boru partladı - 6 kənd susuz qaldı
-
Çimərlikdə boğulan Rəşadın (Fotosu)
-
İranın Qeşm adasına 10-dan artıq raket atılıb
-
Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürüb
-
Lətif Quliyev vəfat etdi (Foto)
-
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
-
Gəncədə kütləvi zəhərlənmə olub
-
İngiltərənin birinci qolu niyə ləğv edilmədi? - FIFA açıqladı
-
Oman Sultanlığı hücuma görə İran səfirini çağırdı
-
"Əla iş gördünüz, Bellinqem və hakim!"
-
İran Körfəz ölkələrinə hücumu genişləndirir
-
Sevgilisi məşhur blogerin 18 milyonunu oğurladı
-
Dünya çempionatları tarixində ilk yaşandı
-
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə çatıblar (Foto)
-
Angela Merkelin portretində diqqətçəkən məqam
-
Ukraynanın istifadə etdiyi PUA-lar bu ölkədə istehsal olunur
-
Teylor Sviftlə Trevis Kelsinin toyuna xərclənən vəsaitin miqdarı məlum oldu
-
Kim Kardaşyanla Luis Hamilton buna görə ayrıldılar - (Foto)
-
Ruslar pivədən sürətlə imtina edir
-
Haluk Levent saxlanıldı





