İdman

Dünya çempionatları tarixində ilk yaşandı

12 İyul 2026 18:32
Baxış: 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünya çempionatları (DÇ) tarixində ilk dəfə olaraq FIFA reytinqinin ilk dörd pilləsində qərarlaşan milli komandalar yarımfinal mərhələsinə yüksəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, DÇ-2026-nın 1/4 final mərhələsinin oyunları başa çatıb və bununla da yarımfinal cütlükləri müəyyənləşib.

Növbəti mərhələdə Argentina və İngiltərə, həmçinin Fransa və İspaniya yığmaları qarşılaşacaqlar. Beləliklə, dünya çempionatları tarixində ilk dəfə FIFA reytinqinə görə dünyanın dörd ən yaxşı komandası yarımfinala yüksəlib: Argentina (1), İspaniya (2), Fransa (3) və İngiltərə (4).

DÇ-2026-nın 1/2 final matçlarının təqvimi:

- 14 iyul, saat 23:00. Fransa - İspaniya;

- 15 iyul, saat 23:00. İngiltərə - Argentina.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.