İdman

"Əla iş gördünüz, Bellinqem və hakim!"

12 İyul 2026 19:15
Baxış: 435
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Norveç millisinin DÇ-2026 ilə vidalaşmasından sonra Erlinq Haalandın atası Alf-İnqe Haaland hakim idarəçiliyini sərt tənqid edib.

Milli.Az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, o, İngiltərəyə məğlubiyyətdən sonra sosial şəbəkədə paylaşım edərək matçın nəticəsinə münasibət bildirib. O, paylaşımında "Əla iş gördünüz, Bellinqem və Hakim!"- deyə qeyd edib.

Bu paylaşımla o, Norveç millisinin məğlubiyyətində əsas rolun hakim qərarlarına aid olduğunu düşündüyünü açıq şəkildə ifadə edib.

Qeyd edək ki, oyunun ən mübahisəli epizodlarından biri Cud Bellinqemin qollarından əvvəl yaşanıb. Bir çox azarkeş və futbol mütəxəssisi Norveç qapıçısı Örjan Nyland topu uzaqlaşdırarkən onun stadionun üzərində yerləşən kabelə toxunduğunu iddia etsə də, hakim oyunu dayandırmayıb. Daha sonra FİFA açıqlama yayaraq topun daxilində yerləşdirilən sensorun kabelə təmas qeydə almadığını bildirib. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.