Hadisə

Kürdəmirdə boru partladı - 6 kənd susuz qaldı

12 İyul 2026 21:31
Baxış: 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Kürdəmirdə magistral su boru xətti partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci km-də, rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, diametri 500 mm olan boru partlayıb.

Qəza yerinə Kürdəmir su və meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Xatırladaq ki, magistral su boru xətti bundan əvvəl martın 27-də partlayıb.

Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 min sakinini içməli su ilə təmin edir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.