Hadisə

Səhvən su əvəzinə sirkə turşusu içdi

12 İyul 2026 02:02
Baxış: 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağdamda sirkə turşusundan zəhərlənən gənc qız Bakıya göndərilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Əfətli kəndində qeydə alınıb.

Kənd sakini, 2008-ci il təvəllüdlü Aytac Hüseynova gecə saatlarında su əvəzinə bilməyərəkdən sirkə turşusu içib.

Yaxınları tərəfindən dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılan gənc qıza ilkin tibbi yardım göstərilib. Həkimlərin qərarına əsasən, müalicəsinin davam etdirilməsi üçün o, paytaxtda yerləşən ixtisaslaşmış tibb müəssisələrindən birinə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.