Şou-biznes

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu - (Video)

12 İyul 2026 01:01
Baxış: 432
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xalq artisti Aygün Kazımovanın 26 il əvvəl səhnədə yaşadığı maraqlı və yaddaqalan hadisənin görüntüləri sosial şəbəkələrdə yenidən yayılıb.

Milli.Az xəbər verir ki, kadrlarda pop ulduzunun çıxışı zamanı fonoqramın gözlənilmədən dayanması əks olunub. Gözlənilməz texniki nasazlığa baxmayaraq, Aygün Kazımova peşəkarlıq nümayiş etdirərək vəziyyəti soyuqqanlı şəkildə idarə edib.

Qısa fasilədən sonra texniki problem aradan qaldırılıb və sənətçi çıxışını davam etdirib. Onun həmin anda sərgilədiyi peşəkar davranış izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Arxiv görüntüləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. Bir çox istifadəçi Aygün Kazımovanın səhnə təcrübəsini və çətin vəziyyətdən ustalıqla çıxmasını yüksək qiymətləndirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.