Hakimiyyətin işsizliklə bağlı uzunmüddətli hədəfləri
Milli.Az əməkdar jurnalist Elman Babayevin yazısını təqdim edir:
Bu, birmənalıdır ki, əmək resurslarının səmərəli məşğulluq imkanlarının artırılması, iqtisadi inkişaf proseslərində məşğulluq amilinin üstünlük təşkil etməsi, sosial müdafiə siyasətinin məhz bu amil üzərində gücləndirilməsi nəticəsində Azərbaycanda işsizliyin aşağı səviyyədə saxlanılmasına nail olunub. Hakimiyyətin işsizliklə bağlı uzunmüddətli hədəfləri fiaskoya uğramayıb, görülən tədbirlər çətin sınaqlar mərhələsindən uğurla çıxmağa imkan verib.
Buna baxmayaraq, işsizlik statistikası ilə bağlı manipulyasiya cəhdləri davam edir. Belə cəhdlər əslində yeni deyil. Dünya bazarında neftin qiymətində oynamalar, bəzi hallarda gözlənilməyən ciddi enmələr fonunda bəzi ekspertlər tərəfindən Azərbaycanın gələcəyi ilə bağlı olduqca bədbin proqnozlar veriliridi. Müxalif düşüncəli iqtisadi təhlilçilər, politoloqlar belə bir rəy formalaşdırmışdılar;
- bu faktor Azərbaycanın iqtisadi inkişafına əsaslı təsir göstərəcək,
- hökuməti əhalinin rifahı ilə bağlı vədində doğruçu edə bilməyəcək,
- əhalinin güzəranı daha da pisləşəcək.
Bu bədbin proqnozların hansı özünü doğruldub?
Əksinə, Azərbaycan hakimiyyəti cari ilə daha geniş və əhalinin rifahını yaxşılaşdırmağı hədəfləyən sosial paketin icrası ilə başlayaraq, bu proqnozların hamısını alt-üst edib. Nə hərbi xərclərlə bağlı davamlı siyasətdə, nə regionların inkişafı ilə bağlı proqramların icrasında xərclərin azaldılmasına gedilib, nə də hər hansı layihə təxirə salınıb.
Hakimiyyət boş vədlərlə deyil, real addımlarla isbat edib ki, Azərbaycanın öz resursları, iqtisadi rezervləri yetərlidir və sırf bu imkanlar hesabına istənilən sınaqdan cıxa bilir.
Azərbaycan hakimiyyəti neft amili olmadan da özünün düzgün iqtisadi siyasəti hesabına vətəndaşların sosial rifahını daha da yaxşılaşdırmaq, onun problemlərini həll etmək gücündədir.
Reallıq ondan ibarətdir ki, Azərbaycanda əmək bazarında təklif və tələb arasında tarazlığın saxlanması təmin olunub, əlverişli demoqrafik vəziyyətdən qaynaqlanan işçi qüvvəsinin təklifi şəratində əhalinin məşğulluğu davamlı təmin edilib, işsizliyin aşağı səviyyədə saxlanılmasına nail olunub və növbəti illərdə bu müsbət tendensiyaların dayanıqlılığı üçün əsaslı zəmin yaradılıb.
Nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisii gənc əhali hesab olunur və əmək bazarına hər il 100 mindən çox gənc işçi qüvvəsi daxil olur. Belə bir şəraitdə əmək bazarında mühüm aktuallıq kəsb edən stabilliyin təmin edilməsi heç də asan məsələ deyil.
Azərbaycan hakimiyyətinin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar nəticəsində
- əmək bazarının inkişafının vacib şərtlərindən olan makroiqtisadi sabitliyə, biznes mühitinin yaxşılaşdırılmasına nail olunub, geniş məşğulluq imkanlarının yaradılması baxımından münbit şərait formalaşdırılıb;
- sahibkarlıq subyektlərinə dövlət köməyi və güzəştlərin verilməsi tədbirləri qısa müddətdə biznes və investisiya aktivliyinin yüksəlməsini şərtləndirərək əmək bazarında işçi qüvvəsinə tələbin artmasına imkan yaradıb;
- regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin sürətli inkişafı 100 minlərlə əmək resursunu istehsal prosesinə cəlb etməyə imkan verib;
- Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq vətəndaşların dövlət şirkətləri tərəfindən sosial məsuliyyətin bölgüsü çərçivəsində əmək fəaliyyətinə, habelə ictimai işlərin təşkili proqramı üzrə müxtəlif işlərə cəlb edilməsi gerçəkləşdirilib;
- işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üçün addımlar atılıb və bu öz müsbət nəticələrini verib;
- sosial siyasətin vacib elementlərindən biri kimi məşğulluq orqanları tərəfindən aktiv məşğulluq tədbirlərinin də ildən-ilə gücləndirilməsi təmin olunub;
- "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası ilə bağlı həyata keçirilən layihə daha da genişləndirilib;
- işsizlikdən sığortanın tətbiqi işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində aktiv tədbirlərin, o cümlədən peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma, ictimai işlərin, əmək birjalarının və əmək yarmarkalarının təşkili və digər tədbirlərin yüksək səviyyədə həyata keçirilməsinə, eləcə də, bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsi sahəsində ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizminin formalaşmasına, əmək münasibətlərinin leqallaşmasına, məşğulluq sahəsində dövlət siyasətinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsinə imkan yaradıb.
Bütün bu düşünülmüş addımlar real rəqəmlərlə ifadə olunmaqdadır. Belə ki, 2003-2018-ci illər ərzində ölkədə 1,9 milyon yeni iş yeri açılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib. Əhalinin artımı fonunda işsizlik səviyyəsinin artımı qeydə alınmayıb.
2019-cu ilin iyulun 1-nə olan məlumata əsasən, işsizliyin səviyyəsi - 4,9% , işsiz əhalinin sayı - 252,8 min nəfər olub. Kişilər arasında işsizlik 4,3%-dir (106,3 min nəfər), qadınlar arasında 5,6%(146,5 min nəfər).
Bu il sentyabrın 1-nə olan ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 191,2 min nəfər olub və onlardan 4 milyon 939,1 min nəfərini məşğul əhali təşkil edib. Əmək qabiliyyətli yaşda olan əhalinin sayı - 6814,0 min nəfərdir.
Azərbaycanda muzdla işləyənlərin sayı 1 milyon 613,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 902,4 min nəfər, qeyri-dövlət sektorunda isə 711,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1579,1 min nəfər çalışıb.
2019-cu ilin arxada qalan dövründə həyata keçirilən tədbirlərə də qısaca nəzər salmaq yerinə düşər:
- məşğulluq xidməti orqanları tərəfindən işlə təmin olunanların sayı 60 475 nəfər (ötən ilin müvafiq dövri 45,6 % çox) təşkil edib;
- dövlət şirkətləri tərəfindən 20 000 nəfər sosial işçinin müqaviləsi uzadılıb, cari ildə əlavə 6 min iş yeri yaradılıb (SOCAR - 3 min, "Azərişıq" ASC - 2300, "Azərenerji" -700);
- işsizlikdən sığorta - 1243 nəfərə işsizlikdən sığorta haqqı ödənilib (ödənişinin orta aylıq məbləği 227.6 manat);
- özünüməşğulluq proqramının əhatə dairəsi 2017-ci illə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib. 2019-cu ildə isə özünüməşğulluq proqramına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub. Cari ilin 8 ayı ərzində artıq 4589 nəfər proqram çərçivəsində təlimlərə cəlb olunub və bu il ərzində 10 000 nəfərə çatdırılması planlaşdırılır;
- ƏƏSMN ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" layihəsi çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı biznes qurmalarına dəstək veriləcək;
- qeyri-formal məşğulluqla mübarizə nəticəsində əmək müqavilələrində 112 min 548 müqavilə və ya 8.03 % artım (2019-cu ilin 8 ayı ərzində) baş verib;
- DOST İş Mərkəzi tərəfindən yaradılan iş yerlərinin sayı (cari ildə) - 38 min iş yeri yaradılıb, 40 minə yaxın göndəriş verilib;
- Heydər Əliyev Fondunun "Regional İnkişaf" İB ilə birgə icra olunan "Sosial Bağlar" layihəsi çərçivəsində 2018-ci ildə 125 ailə üçün intensiv meyvə bağları salınıb, cari ildə layihənin növbəti mərhələsi kimi, 250 ailə üçün intensiv meyvə bağlarının salınması işləri aparılır;
- peşə hazırlığı və peşəyönümü məsləhət - 1190 nəfər peşə hazırlığına cəlb edilib, 67 033 şəxsə peşəyönümü məsləhətləri verilib.
- cari ilin ötən dövründə işsiz və işaxtaranlar şəxslər üçün respublikasının 22 rayon və şəhərlərində əmək yarmarkası təşkil edilib, vətəndaşlara 513 dövlət və özəl müəssisədən 6757 vakant iş yeri təqdim edilib.
Sadalanan faktlar bir daha onu sübut edir ki, Prezident cənab İlham Əliyevin müəyyən etdiyi islahatlar kursu
- bütün cəmiyyətin ehtiyaclarına maksimum uyğunlaşmanı və vətəndaş məmnunluğunu əsas məqsədə çevirən,
- hər kəsə öz rifahını və sosial statusunu gücləndirmək imkanı yaradan,
- adekvat tənzimləyici alətlər və sosial müdafiə tədbirləri vasitəsilə əhalinin gəlirlərini dəstəkləyən,
- qlobal miqyasda iqtisadiyyatın rəqabət üstünlükləri və modernləşmə imkanlarını müəyyənləşdirən vacib amil kimi insan kaptialının inkişafına hərtərəfli şərait yaradan
müasir sosial dövlət modelinin həyata vəsiqə qazanmasını təmin edib.
Bu gün İlham Əliyevin rəhbərliyi ilə əhalinin məşğulluğu sahəsində islahatlar davam etdirilir və qarşıda duran kompleks vəzifələrin adekvat həlli daim xüsusi diqqət mərkəzində saxlanılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Dənizdən yığıb yola asfalt çəkdilər
-
Gündə 10 min addım qaydası süqut etdi
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım





