“Paşinyanın bu bəyanatı bütün danışıqlar prosesini dayandırır...”
Baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi elan etməsi bütün danışıqlar prosesini dayandırır, danışıqların aparılmasını qeyri-mümkün edir.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, belə açıqlama ilə Minsk Qrupunun keçmiş amerikalı həmsədri, Bakıdakı keçmiş səfir Metyu Brayza Gürcüstanın "Starvision TV" internet televiziyasına müsahibəsində deyib.
"Çünki Dağlıq Qarabağın hüquqi statusu ancaq danışıqlar yolu ilə müəyyənləşməlidir, Ermənistan buna ancaq danışıqların yekununda nail ola bilərdi. Bu axmaqlıqdır ki, danışıqlar prosesində tərəflərdən biri əsas prizi bəribaşdan alır, əvəzində nəsə verməsə",-keçmiş diplomat bildirib.
Metyu Brayzanın fikrincə Paşinyan axmaq deyil, "ağıllı adamdır" , amma məsələ ondadır ki, o Qarabağ qruplaşmasının çox böyük, dəhşətli təzyiqləri altındadır. "Paşinyan nə qədər bacarıqlı kampanya aparsa, nə qədər populyar olsa da həmin qruplaşma heç vaxt imkan vermək istəməz ki, o siyasi hakimiyyətini aparsın. Həmin qruplaşmanın şimaldan da güclü dəstəyi var",-Brayza əlavə edib.
Keçmiş həmsədrin bildirdiyinə görə, Paşinyan Qarabağ klanının təzyiqlərindn müdafiə olunmaq üçün belə danışsa da əslində o, Azərbaycanla danışıqları axıradək aparmaq istəyir. "Bu haqda mənə Bakıda da bildirdilər, üstəlik çox yüksək səviyyədə",-Brayza deyib.
Amerikalı keçmiş diplomat habelə deyib ki, ABŞ-dakı erməni qruplaşmaları da Qarabağ münaqişəsinin həllini istəmir. Məsələn, Amerika Erməni Milli Komitəsi (ANCA) vaxtilə onun səfir təyinatının Konqresdə bloklanmasına nail olmuşdu. Brayzanın sözlərinə görə, ABŞ-dakı erməni təşkilatları da Paşinyana təzyiq edir, çünki onlar üçün Qarabağ münaqişəsi pul qazanmaq, Amerika ermənilərindən pul yığmaq vasitəsidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
XƏBƏR LENTİ
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər





