Siyasət

ABŞ Konqresi nümayəndə heyətinin Bakıya səfərinin proqramı açıqlanıb

27 Aprel 2011 16:38
Baxış: 218
Konqresmen Bill Şusterin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti bu gün Bakıya gələcək. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbaut katibi Kis Bin deyib.

Nümayəndə heyətinin tərkibinə Bill Şusterlə yanaşı, konqresmenlər Kris Merfi, Şon Daffi, Adam Kinzinger, Sedrik Riçmond və Con Ranyan daxil olacaqlar.

Konqresmen, Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şusterin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti, Bakıda ikitərəfli əlaqələri müzakirə edəcək.

Kis Binin sözlərinə görə, Bakıda ABŞ nümayəndələri bir sıra rəsmilərlə, o cümlədən Azərbaycan Parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşəcəklər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.