Siyasət
Bahar Muradova: “Azərbaycan hökuməti heç bir zaman kiminsə ərköyün hərəkətlərinə göz yummayacaq”
16 Aprel 2011 10:10
Baxış: 206
Milli Məclisin sədr müavini Bahar Muradovanın müsahibəsi.
- Bahar xanım, məlum olduğu kimi, İctimai Palata ayın 17-nə mitinq təyin edib, hətta, paytaxt meriyasının rəhbərliyi ilə danışıqlar aparılması üçün nümayəndə heyəti ayırıb. Ancaq o da məlumdur ki, meriya onlarla danışıqlardan imtina edib. Belə olan halda bir iqtidar yetkilisi olaraq, siz necə hesab edirsiniz,ayın 17-nə kimi tərəflər mitinqin yeri məsələsində nəhayət, razılığa gələ biləcəklərmi, yoxsa, yenə qarşıdurma yolu seçiləcək?
- Açığını desəm bununla bağlı iki informasiya ortadadır. Biri odur ki, guya danışıqlardan imtina olunub, biri də odur ki, sadəcə, bu məsələyə hələ baxılmadığı ilə əlaqədar onlara məlumat verilib, yəni, onlara hələ müvafiq cavab hazırlanıb verilməyib. Ona görə hazırda, imtina olunub, məsələsini müzakirə etmək düzgün olmazdı. Amma bununla belə, müraciət olunub, müvafiq icra hakimiyyəti orqanı da qanuna uyğun olaraq ona cavab verməlidir və verilən cavab da təbii ki, əsaslandırılır. Əsaslandırılmış bir cavab alan həmin qurum və ya şəxslər qrupu da mənə elə gəlir ki, bu cavabda göstərilən arqumentlərlə razılaşmalıdırlar. Əks təqdirdə, söylədiyiniz kimi, onlar öz istədikləri hərəkətləri qeyri-qanuni, müəyyən olunmamış yerdə etməyə cəhd göstərəcəklərsə, bu da müvafiq orqanların lazımi tədbirlər görməsi ilə nəticələnəcək.
- Adıçəkilən qurumda birləşən qüvvələr hər dəfə qeyd edirlər ki, onların aksiya keçirmək istədiyi marşrutlar iqtidarın, Bakı meriyasının özünün ATƏT və onun Bakı ofisi ilə razılaşdırdığı və rəsmi mətbuatda dərc etdirdiyi yerlərdir. Buna necə baxırsınız?
- Kimin nəsə deməsinə mənim necə baxmağım, düşünmürəm ki, o qədər də əhəmiyyətli bir məsələdir. Hərə öz istədiyi fikri söyləyə bilər, eyni zamanda, bir çoxları da müxtəlif münasibət bildirə bilər. Mən yalnız bir məsələ üzərində fikrimi əsaslandıra bilərəm ki, hər bir məsələ qanun çərçivəsində olmalıdır. Biz qanunları nəyə görə qəbul edirik, ona görə edirik ki, o, insanlar üçün norma olsun və bu norma çərçivəsində insanlar fəaliyyətlərini qursunlar, tənzimləsinlər, azadlıqlarını, hüquqlarını həyata keçirsinlər, yaxud da, elə bu qanunun müəyyənləşdirdiyi normalar çərçivəsində bu hüquqları daha "azad" şəkildə həyata keçirmək istəyənlərin fəaliyyəti məhdudlaşdırılsın. Yalnız bu səpgidə məsələyə münasibət bildirə bilərəm və mövqeyim də bundan ibarətdir ki, istənilən siyasi fəaliyyət yalnız qanun çərçivəsində reallaşdırıldıqda effektli olur, həm o siyasi fəaliyyəti aparan, qarşısına müəyyən hədəf qoyan dairələr, həm də ona münasibət bildirən insanlar və vətəndaşlar üçün. Nəhayət, biz süni şəkildə qarşıdurma yaratmaq cəhdlərini bir yana qoymalıyıq. Azərbaycanda neçə illərdir ictimai gündəmdə bu və buna bənzər məsələlərin olmasının şahidi olmuşuq, kimlərsə, mən istədiyim hərəkəti edəcəyəm, söyləyir, müvafiq qurumların rəhbərləri isə, qanunazidd hərəkətlərin qarşısını alacağıq, deməklə çox haqlı bir mövqe ortaya qoyurlar. Ona görə düşünürəm ki, siyasi fəaliyyət göstərən şəxslər, onların rəhbərlik etdiyi qurumlar, yaxud, onların cəmləşdiyi hansısa birliklər bu amili nəzərdən qaçırmamalıdırlar. Ötən illərin təcrübəsi də göstərir ki, yalnız bu şəkildə fəaliyyətə üstünlük verən insanlar hər zaman uğursuzluğa düçar olublar və heç bir siyasi ambisiyalarını reallaşdıra bilməyiblər. Ona görə ki, bunlar hər şeydən əvvəl hansısa ciddi bir sosial dayağa söykənməyən ambisiyalar olurlar, üstəlik də onların reallaşdırılması qanun çərçivəsində olmur. Odur ki, yenə də qanunun aliliyi hər şeydən üstün olmalıdır.
- Yuxarıda müxalifətin sosial dayağı məsələsinə toxundunuz. Hər dəfə iqtidar təmsilçiləri bu məsələni ortaya atarkən qarşı tərəf də bildirir ki, hakimiyyət onlara özünün müəyyənləşdirdiyi yerlərdə aksiya keçirməyə icazə versin və bu zaman onların sosial dayağının, bazasının olub-olmadığını dəqiq yoxlasın...
- Bu, yalnız ona görə seçilmir ki, iqtidar onların hansı qüvvəyə malik olduğunu bilmək istəmir? Axı, onun başqa arqumentləri də var? Bu arqumentlər də kifayət qədər ciddidir. Və insanların, nəqliyyatın sıx olduğu bir yerdə, başqa vətəndaşların hərəkətini, fəaliyyətini məhdudlaşdıra biləcək bu və ya digər tədbirlərin keçirilməsi məqsədəuyğun sayılmır, onlara deyilmir ki, mitinq etməyin, yaxud da onlara deyilmir ki, ümumiyyətlə, sizə yer ayrılmır. Onlara yer ayrılır. Əgər doğrudan, onların da məqsədi iqtidara və yaxud başqa hansısa dairələrə hansı qüvvəyə malik olduqlarını göstərməkdirsə, o zaman nəyə görə təklif olunan yeri seçmirlər? Belə bir arqumentli fikri onlara da qarşı söyləmək olar ki, sizə ayrılan yerə gedin, öz mövqeyinizi, nəyə qadir olduğunuzu göstərin, bununla da o, "sosial dayaqları yoxdur" mübahisələri kəsilsin. Düşünmürəm ki, məsələ yalnız bu mübahisədədir, məsələ məhz qarşıdurma yaratmaq meylindədir və cəhdindədir ki, bu cəhdlər ardıcıl olaraq göstərilir. Eyni zamanda, "dialoq olmalıdır", "hakimiyyət bizimlə dialoqa getməlidir, bu və ya digər məsələləri bizimlə müzakirə etməlidir" söyləyənlər hakimiyyətin hər hansı bir qərarını qəbul etdiklərini və dəstəklədiklərini, yaxud da, bu qərarın qanuna uyğun olduğu haqda fikir söylədiklərini bir yada salsınlar. Barmaqları kifayət edərsə, saysınlar, sadalasınlar ki, onlar neçəsinə bu cür münasibət göstəriblər. Sadəcə, bu insanların xarakterində, mahiyyətində mənim anlamadığım, başa düşmək istədiyim məqamlar var, lakin bu imkanı bizə yaratmayan bu şəxslər nəyə görəsə bu fəaliyyət yolunu seçiblər. Bununla da özlərini dalana dirənmiş hala salıblar və cəmiyyəti, insanları da narahat edən hərəkətlərə yol verirlər. Ona görə düşünürəm ki, Azərbaycanda qanun, onun müəyyən etdiyi normalar heç bir kəs tərəfindən şübhə altına alına bilməz və heç kim burada ərköyünlük etməməlidir.
- Bildiyiniz kimi, 2 aprel aksiyasından sonra Azərbaycanda fəaliyyət göstərən bir sıra səfirliklər, beynəlxalq təşkilatların təmsilçiləri iqtidara yönəlik sərt mövqelər sərgilədilər. Necə fikirləşirsiniz, 17 aprel aksiyasından da sonra bunların yaşanmaması, eləcə də siyasi gərginliyin baş verməməsi üçün iqtidar-müxalifət dialoquna start verilə bilərmi?
- Axı, məsələ ondadır ki, ortada konkret bir dialoq təklifi də yoxdur. Dialoq deyərkən nə nəzərdə tutulur? Hər dəfə bu dialoq tarixinə nəzər salsanız, fikirləri öyrənsəniz görərsiniz ki, şəxsən mənim mövqeyim bundan ibarət olub ki, dialoq deyilərkən konkret nə nəzərdə tutulur və bu dialoqda hansı məsələ müzakirə olunacaq? Dialoq yalnız kiçik bir qrupun, öz iddialarını hər şeydən üstün tutan, yalnız onu yeritməkdə maraqlı olan bir qrupun ambisiyalarının təmin olunmasıdırmı və o istiqamətdə şərtlərin irəli sürülməsi,ultimatumun verilməsidirmi? Yaxud, elə həmin qrup da daxil bütün Azərbaycan vətəndaşlarının, o cümlədən, Azərbaycan dövlətinin milli maraqlarına uyğun olan hansısa bir məsələ ətrafında fikir mübadiləsinin aparılması, vahid bir mövqeyə gəlinməsidirmi? Bax, bunlar konkret, aydın şəkildə ortaya qoyulmalıdır. Yox əgər, bu dialoq adı altında onların qeyri-qanuni tələblərinə güzəştə gedilməsi nəzərdə tutulursa, bunu Azərbaycan hökuməti heç zaman etməyəcək. Heç bir zaman Azərbaycan hökuməti kiminsə ərköyün hərəkətlərinə göz yummayacaq. Azərbaycanın müvafiq hökuməti qurumları, mövcud iqtidar xalqdan etimad mandatını alarkən həm də onun qarşısında öhdəlik götürüb. Bu öhdəlik də insanların sabit həyatının, təhlükəsiz həyat şəraitinin yaradılması, onların ictimai asayişinin qorunması, hər bir vətəndaşın normal yaşayış tərzinin təmin edilməsini ortaya qoyur. Ona görə biz bir qrupun tələbi ilə yalnız onların iddialarını ödəməklə özümüz haqqında "müsbət" rəyin formalaşmasında maraqlı deyilik. Bu öhdəlikləri götürərkən də, özümüz üçün hamımızın birgəyaşayış normaları və qaydalarını, qanunlarını müəyyənləşdirərkən də məqsədimiz bütövlükdə xalq və dövlətin maraqlarını qorumaq olub. Onun içərisində tək hansısa kiçik sosial bir qrupun deyil, bütövlükdə xalqın, dövlətin maraqları da gedir. Amma əgər hansısa pozucu hərəkətlər olacaqsa, beynəlxalq təşkilatlarınmı, Azərbaycanda burada səfirlikləri olan ölkələrinmi bizə kəskin və ya neqativ münasibəti olmasın deyə, öz vəzifələrimizi yerinə yetirməkdən gerimi çəkilməliyik? Ona görə bu tələblər, suallar aydın olmalıdır ki, onlara da aydın və konkret cavab verilsin.
"525-ci qəzet"

DİGƏR XƏBƏRLƏR
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Vaşinqtonda azərbaycanlıların etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçirilir
-
İraq Prezidenti İlham Əliyevə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib
-
Prezident İlham Əliyev Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
XƏBƏR LENTİ
-
Dana jambonlu sendviç resepti
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Sadiq Abbaslı bıçaqlandı (Foto)
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Şotlandiya Braziliya matçı ləngiyə bilər
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
-
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb (Foto)
-
Qəbul imtahanının nəticəsi açıqlandı