Siyasət

ATƏT-in Bakı Ofisinin rəhbəri: “İndiyə qədər keçirilən aksiyalarda zor tətbiq olunması halları müşahidə etməmişik”

15 Aprel 2011 14:42
Baxış: 171
"Mitinqlər, aksiyalar xalqın özünü ifadə etmək azadlığıdır. Bu azadlığı iqtidar da, müxalifət də, yaşlılar da, gənclər də, tələbələr də ifadə edə bilərlər. Dövlət isə buna mümkün qədər şərait yaratmalıdır". APA-nın məlumatına görə, bunu ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel deyib.

Əli Bilgə Cankorel indiyə qədər keçirilən aksiyalarda zor tətbiq olunması və şiddət halları müşahidə etmədiklərini bildirib: "Nə aksiya iştirakçıları, nə də polis tərəfindən şiddət müşahidə olunub. Ancaq biz istərdik ki, aksiyalar zamanı həbslər də olmasın".

Onun sözlərinə görə, aksiyalar zamanı zor tətbiqindən qaçmaq lazımdır: "İfadə azadlığının təmin edilməsi üçün bütün mümkün imkanlardan istifadə olunmalıdır. Bunun üçün tərəflər ortaq qərara gəlməlidirlər. Bu cür məsələlər qarşıdurma yox, dialoq əsasında həllini tapmalı, hər iki tərəfin fikirləri nəzərə alınaraq ortaq mövqe seçilməlidir. Biz hər zaman söyləmişik ki, Azərbaycanda iqtidarla müxalifət arasında dialoq olmalıdır. Dialoq və hər kəsi qane edəcək yolun tapılması vacibdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.