Siyasət

Vəfa Quluzadə: “Rusiya-Ermənistan-İran üçbucağı fəsadlarını verəcək”

14 Aprel 2011 02:20
Baxış: 242
Bunu AZADİNFORM-a müsahibəsində politoloq Vəfa Quluzadə bildirib.

V.Quluzadə deyir ki, tezliklə bu üçbucaq öz fəsadlarını o dərəcədə göstərəcək ki, bu, həm də Rusiyanın dağılmasında mühüm rol oynayacaq. Politoloqun fikrincə, bu prosesin davamı olaraq dərhal Ermənistanın ya dağılması, ya da böyük inqilabla üz-üzə qalması müşahidə olunacaq. "Bu, İran üçün çox böyük fəsadlar verəcək. Çünki bu gün İrana qarşı qoyulan beynəlxalq sanksiyalara baxmayaraq, Rusiya İrana nə lazımdırsa Ermənistan vasitəsi ilə qaydasında ötürür. Moskva necə lazımdır Tehranla əməkdaşlıq edir və məhz bunun sayəsində İran hələ ki ayaqda durur"-deyə V.Quluzadə vurğulayıb. Onun sözlərinə görə, məhz bu çıxış yoluna görə İran Ermənistanla münasibətləri sıxlaşdırmaqda olduqca maraqlıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.