Siyasət
Azərbaycan tərəfinə keçən erməni əsgər bəzi təfərrüatları açıqladı - VİDEO - FOTO
23 Mart 2015 13:50
Baxış: 10 339
Martın 22-də günorta saatlarında, ilkin məlunata görə, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.
Qoşunların təmas xəttini keçən erməni hərbçisi hərbi qulluqçularımız tərəfindən saxlanılıb.
Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ilkin dindirmədə Andranik Qriqoryan bildirib: "Mən 1991-ci ildə Martuni rayonunda anadan olmuş Andranik Araratoviç Qriqoryanam. 22 mart 2015-ci il tarixində könüllü olaraq Azərbaycan tərəfinə keçmişəm. Bunun çox sadə bir səbəbi var. Mən mənasız yerə ölməkdən qorxuram.
Cəbhə xəttini keçəndə mən tək deyildim. Mənimlə siz tərəfə keçməyə cəhd göstərən bir nəfər də var idi. Mən daha cəld tərpəndim. Silahı atıb sizə tərəf gəldim. Onun taleyindən xəbərim yoxdur. Güman edirəm ki, artıq sağ deyil.
Nə qədər erməni hakimiyyəti öz xalqından martın 19-da olan hadisəni gizlətmək istəsə də artıq hamı bilir. Mənasız təşkil olunmuş təxribat zamanı 20-dən artıq ölu, onlarla yaralı var. Əsgər çatışmadığına görə postlara mülkiləri yerləşdirirlər.
Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə Ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən çoxlu sayda insan var.
Amma açığını deyim ki, burada onları nə gözlədiyini bilmədikləri üçün ürək etmirlər. Mən də bu addımı atmazdan əvvəl çox düşündüm və qərara gəldim orada qalıb ölüm saatımı gözləməkdənsə könüllü təslim olum. Gözlədiyimin tam əksi olaraq burada məni normal qarşıladılar və doyunca yemək-içmək verdilər.
Bir də buradan əlində məcbur silah tutan yoldaşlarıma səslənib demək istəyirəm ki, azərbaycanlılar heç də o, cinayətkar hakimiyyətin illərdir bizim beynimizə yeritdikləri kimi deyillər. Nə qədər ki, gec deyil siz də mənim kimi edin".
Hazırda təhlükəsizliyi təmin olunmaqla saxlanılan əsir A.Qriqoryanla hamılıqla qəbul edilmiş insan hüquqları normaları daxilində rəftar edilir.
Böyütmək üçün şəkillərə klikləyin.

Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Nazir: "Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır"
-
Azərbaycan səfiri etimadnaməsinin surətini Peru XİN-ə təqdim edib - FOTO
-
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
-
Parlamentdə 10 məsələ müzakirəyə çıxarılır
-
Azərbaycan Rusiyanı təbrik edib
XƏBƏR LENTİ
-
Ehsan ləğv olunan rayonlar - Siyahı
-
Zəlzələ ilə bağlı FHN açıqlama yaydı - FOTO - YENİLƏNİB
-
"Kreditimi rəfiqələrim ödəyib"
-
Metroda itən əşyaların aqibəti necə olur?
-
Bir zamanların "turizm cənnəti" Bodrumda indi "it ulayır" - VİDEO
-
İranın ABŞ-la 14 maddəlik razılaşmasının detalları
-
Yaxın saatlarda yenidən təkanlar ola bilər - RƏSMİ AÇIQLAMA
-
Hadrut və Qırmızı Bazara növbəti köç oldu
-
Balaəlinin məşhur meyxanasına Türkiyədə gənc qızın reaksiyası... - VİDEO
-
TƏBİB yoxlamalarının nəticələri açıqlandı - 9 nəfər işdən çıxarıldı
-
TƏBİB-in tabeliyində 4 xəstəxanada yoxlama aparılır
-
"Deyib ki, Aysun efirə çıxmaq üçün aparıcılara yalvarır"
-
"Ailələrin dağılma səbəbi kişilərdir"
-
Cemre Baysal yenidən əməliyyat olunacaq - FOTO
-
Yalan məlumat verənlər 5 min manat cərimələnəcək - Qərar
-
İradə İbrahimova: "Restoranda 5 mindən çox hesab ödədim"
-
Bakıda 22 yaşlı narkokuryer tutuldu
-
Türkiyədə 10 illik cinayətin üstü açıldı: Rəqqasənin qatilləri tapıldı - VİDEO
-
Azərbaycanda şirkət rəhbərləri saxlanıldı - Təfərrüatlar
-
Dənizdə təhlükəsiz üzmə müddəti neçə dəqiqədir?
-
İyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" işləməyəcək
-
Türkan meydan oxudu: "Nəfəs, Kəmalə Günəşli mənim kimi oxuya bilər?" - VİDEO
-
Dursun Həsənov qəfildən vəfat etdi
-
Xırdalanda Dost Mərkəzinin yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNİB