İranın ABŞ-la 14 maddəlik razılaşmasının detalları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İran və ABŞ arasında müzakirə olunan 14 bəndlik razılaşma layihəsinin bəzi detalları ictimaiyyətə məlum olub.
Milli.Az xəbər verir ki, sənəddə İranın ballistik raket proqramına hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.
Məlumata əsasən, Vaşinqtonun üzərinə düşən əsas öhdəliklər sırasında Tehrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması, İran ətrafındakı hərbi mövcudluğun azaldılması, dəniz məhdudiyyətlərinin ləğvi və ölkəyə məxsus dondurulmuş aktivlərin sərbəstləşdirilməsi yer alır.
Öz növbəsində İranın Hörmüz boğazında gəmiçiliyin bərpasına razılıq verdiyi bildirilir. Layihədə həmçinin ABŞ və tərəfdaşlarının İran iqtisadiyyatının bərpasına dəstək verməsini nəzərdə tutan genişmiqyaslı proqramın hazırlanması da əksini tapıb.
Sənədin əsas müddəalarına görə, bölgədə, o cümlədən Livanda atəşkəsin dərhal və daimi şəkildə təmin edilməsi, ABŞ-ın İranın daxili işlərinə müdaxilə etməməsi və ölkənin suverenliyinə hörmət göstərməsi nəzərdə tutulur.
Layihədə dəniz blokadasının bir ay ərzində aradan qaldırılması, ABŞ qüvvələrinin İran sərhədləri ətrafından geri çəkilməsi və Hörmüz boğazının müəyyən edilmiş qaydalar çərçivəsində yenidən istifadəyə açılması da yer alıb.
Bundan əlavə, İran nefti və neft-kimya məhsullarına tətbiq olunan məhdudiyyətlərin dayandırılması, eləcə də Tehranın həmin satışlardan əldə olunan gəlirlərə maneəsiz çıxışının təmin edilməsi təklif olunur.
Razılaşma layihəsində ABŞ və müttəfiqlərinin İran iqtisadiyyatının yenidən qurulmasına yönəlmiş ən azı 300 milyard dollarlıq proqram hazırlaması, həmçinin nüvə proqramı ilə bağlı yekun sazişə nail olmaq üçün 60 günlük danışıqlar mərhələsinin keçirilməsi nəzərdə tutulur.
İranın nüvə silahı istehsal etməmək öhdəliyini bir daha təsdiqləyəcəyi, əvəzində isə nüvə məsələsi ilə bağlı beynəlxalq məhdudiyyətlərin və sanksiyaların mərhələli şəkildə ləğvinin müzakirə ediləcəyi bildirilir.
Layihəyə əsasən, danışıqlar dövründə yeni sanksiyalar tətbiq edilməyəcək, ABŞ regiondakı hərbi iştirakını artırmayacaq. Eyni zamanda İranın xaricdə dondurulmuş 24 milyard dollarlıq vəsaitinin azad olunması da nəzərdə tutulur.
Məlumata görə, yekun razılaşmanın icrasına nəzarət üçün xüsusi mexanizm yaradılacaq və sənədin son variantının BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsi planlaşdırılır.
Qeyd olunur ki, layihə hələlik İranın aidiyyəti qurumlarında müzakirə mərhələsindədir və yekun qərar bundan sonra veriləcək.
DİGƏR XƏBƏRLƏR
-
Bir zamanların "turizm cənnəti" Bodrumda indi "it ulayır" - VİDEO
-
İranın ABŞ-la 14 maddəlik razılaşmasının detalları
-
Cemre Baysal yenidən əməliyyat olunacaq - FOTO
-
Türkiyədə 10 illik cinayətin üstü açıldı: Rəqqasənin qatilləri tapıldı - VİDEO
-
Tailandda 15 günlük matəm elan olundu
-
Tramp: ABŞ və İran arasında müharibənin dayandırılması barədə razılaşma var
XƏBƏR LENTİ
-
Valideyn razılığı olmadan bəzi yeniyetmələr hesab aça bilməyəcək
-
1-ci sinif rus bölməsi bağlanır? - Qurumdan açıqlama
-
İcra başçısı Qəbələdəki zəlzələ ilə bağlı danışdı
-
Göyçayda avtoxuliqanlıq edən sürücülər həbs olundu - VİDEO
-
1000-ə yaxın saxta pul aşkar edilərək dövriyyədən çıxarılıb
-
Səbail rayonunda yanğın başlayıb
-
Ehsan ləğv olunan rayonlar - Siyahı
-
Zəlzələ ilə bağlı FHN açıqlama yaydı - FOTO - YENİLƏNİB
-
"Kreditimi rəfiqələrim ödəyib"
-
Metroda itən əşyaların aqibəti necə olur?
-
Bir zamanların "turizm cənnəti" Bodrumda indi "it ulayır" - VİDEO
-
İranın ABŞ-la 14 maddəlik razılaşmasının detalları
-
Yaxın saatlarda yenidən təkanlar ola bilər - RƏSMİ AÇIQLAMA
-
Hadrut və Qırmızı Bazara növbəti köç oldu
-
Balaəlinin məşhur meyxanasına Türkiyədə gənc qızın reaksiyası... - VİDEO
-
TƏBİB yoxlamalarının nəticələri açıqlandı - 9 nəfər işdən çıxarıldı
-
TƏBİB-in tabeliyində 4 xəstəxanada yoxlama aparılır
-
"Deyib ki, Aysun efirə çıxmaq üçün aparıcılara yalvarır"
-
"Ailələrin dağılma səbəbi kişilərdir"
-
Cemre Baysal yenidən əməliyyat olunacaq - FOTO
-
Yalan məlumat verənlər 5 min manat cərimələnəcək - Qərar
-
İradə İbrahimova: "Restoranda 5 mindən çox hesab ödədim"
-
Bakıda 22 yaşlı narkokuryer tutuldu
-
Türkiyədə 10 illik cinayətin üstü açıldı: Rəqqasənin qatilləri tapıldı - VİDEO





