Hadisə

Göyçayda avtoxuliqanlıq edən sürücülər həbs olundu - VİDEO

12 İyun 2026 16:34
Baxış: 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində avtoxuliqanlıq edən bir neçə sürücü saxlanılıb.

Milli.Az xəbər verir ki, Nihat Rəhimli, Cavidan Sədiyev və Cahid Məmmədov idarə etdikləri avtomobillərlə yol hərəkəti qaydalarını davamlı şəkildə kobud formada pozduqları üçün polis əməkdaşları tərəfindən aşkarlanıblar.

Sürücülər barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, həmin şəxslərin sürücülük hüququ məhdudlaşdırılmaqla inzibati qaydada həbs edildiyi bildirilib.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.