Avqustun 10-u Türkiyədə ilk dəfə xalqın iştirakı ilə keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlandı. Seçkilərin ilkin nəticələrinə görə, gözlənildiyi kimi, 51,8 faiz ilə, ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin 12-ci prezidenti seçildi. Təbii ki, seçkilərdə Ərdoğandan başqa hər hansı başqa bir namizədin qalib gələcəyi inandırıcı deyildi.
Ən azından ona görə ki, digər namizədlərdən fərqli olaraq Ərdoğan bu seçkilərə daha ciddi hazırlaşmışdı. Ümumiyyətlə, seçkilərdə namizədlərin adlarının (Rəcəb Tayyib Ərdoğan, Ekmələddin İhsanoğlu və Səlahəddin Dəmirdaş) açıqlandığı gündən etibarən, mübarizənin əsasən iki namizədin arasında keçəcəyi bəlli idi. Bu ölkənin baş naziri Ərdoğan və Milliyyətçi Hərəkat partiyası (MHP) ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) müştərək namizədi Ekmələddin İhsanoğlu idi. Daha sonra isə İhsanoğluya ölkənin 10 siyasi partiyası dəstək verəcəyini açıqladılar.
Ümumilikdə, ilkin mərhələdə 12 siyasi partiyanın və Fəthullah Gülən tərəfdarlarının İhsanoğluya səs verəcəyi nəzərə alınsa, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibinin Ərdoğana qarşı ciddi rəqabət təşkil edəcəyini gözləmək olardı.
Lakin Ərdoğandan fərqli olaraq, İhsanoğlu seçkiqabağı təşviqat kampaniyası zamanı, Türkiyə reallıqlarını nəzərə almadı və nəticədə bir sıra "siyasi səhvlərə " yol verdi.
Belə ki, İhsanoğlu Türkiyə üçün çox həssas olan baş örtüyü, Fələstin və Suriya məsələsində ölkə reallıqlarını əks etdirməyən bəyanatlar səsləndirdi.
İhsanoğlu baş örtüyünün adət olduğunu, Fələstin məsələsində Ankaranın bitərəf olmalı olduğu, Suriya məsələsində isə ölkənin tələsik davrandığını açıqladı. Ümumiyyətlə elə təəssürat yaranırdı ki, İhsanoğlu prezident seçilməsi üçün deyil, seçilməməsi üçün əlindən gələn hər şeyi edirdi.
Seçkilərdə Ərdoğanın qalib gəlməsi ilə yanaşı, onun ən başlıca zəfəri müxalifətin Ərdoğana alternativ olaraq, dindar bir namizədi irəli sürmələri idi.
Bu isə modern Türkiyədə islam amilinin heç də az olmadığı və müxalifətin də bununla barışması deməkdir.
Ərdoğanın zəfəri və "neoosmanizm"in güclənməsi
Misirdə Hüsni Mübarək hakimiyyətinin devrilməsi ilə, "Müsəlman qardaşların" hakimiyyətə gəlməsi ərəb islam dünyasında siyasi islamın yenidən gündəmə gəlməsi kimi qiymətləndirildi.
Günün reallıqlarına davam gətirə bilməyən və nəticədə çevrilişlə qarşılaşan "Müsəlman qardaşları" hakimiyyətinin süqutu ilə ərəb siyasi islamı ciddi zərbə aldı. Ərəb siyasi islam düşüncəsinin öz yerini liberal düşüncəyə buraxacağı hesab edilsə də, əksinə bu boşluğu artan dini radikallıq və hərbi rejim tutdu. Lakin "Müsəlman qardaşların" siyasi süqutu təşkilatın süqutu kimi qiymətləndirilməməlidir.
Dolayısı ilə bu gün ərəb islam dünyasında "Müsəlman qardaşların" simasında siyasi islamın süqutu, ənənəvi islamçı olmayan Ərdoğanın simasında Türkiyənin regionda rolunu daha da vacib edir.
Məhz bu səbəbdən də, ölkədə keçirilən prezident seçkilərində Ərdoğanın qalib gəlməsi sadəcə olaraq Türkiyəyə deyil, ümumilikdə İslam dünyasına təsir edəcək bir amildir.
Bu səbəbdən də, Misirdəki "Müsəlman qardaşlar" təşkilatının siyasi iflasa uğraması, İran istisna olmaqla, Türkiyənin simasında hələ ki, "neoosmanizm" düşüncəsinə alternativin olmadığını söyləməyə əsas verir.
Türkiyədə seçim sonrası prioritetlər
Avqustun 28-də hazırkı prezident Abdullah Gülün səlahiyyətlərinin başa çatması ilə, Ərdoğanın prezidentlik müddətinə start veriləcək. Hazırki hakim Ədalət və inkişaf Partiyasının (AKP) bu günə qədər keçdiyi siyasi xronologiyaya nəzər salınsa, partiyada ciddi siyasi kadrların olmasına baxmayaraq, aparıcı qüvvənin məhz Ərdoğan olduğunu görmək olar. Hətta bir çox AKP tərəfdarları üçün Ərdoğansız AKP anlayışı yoxdur.
Ərdoğanın prezident seçilməsi ilə, hakim partiyanın lider və baş nazir məsələsində risk qarşısında qalacağı ehtimal olunur. Çünki mövcud konstitusiyaya görə, hökumətin siyasətinə görə, məsuliyyəti ölkə prezidenti deyil, baş nazir daşıyır.
Hazırki hakim partiyanın Ərdoğansız hər hansı uğursuz bir addımı isə, böyük hədəflərlə yaşayan Ərdoğan üçün ciddi problem törədə bilər.
Məhz buna görə, 2015-ci il iyun ayına qədər keçiriləcək parlament seçkilərinə qədər, ölkənin mövcud konstitusiyasının dəyişdirilməsi üçün referendumun keçiriləcəyi gözlənilir.
Hətta bu yaxınlarda Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamaların birində prezident seçiləcəyi təqdirdə yeni konstitusiya qəbul ediləcəyini bildirmişdi. Ərdoğan yeni konstitusiyanın Türkiyə üçün qaçılmaz olduğunu bildirmişdi.
Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin azaldılması da ehtimallar arasındadır. Belə ki, Konstitusiya Məhkəməsi parlamentin və ölkə başçısının təsdiq etdiyi qərarları ləğv etmək imkanından məhrum olacaq.
Bütün bunlarla yanaşı, ölkənin güc strukturları və ölkə kəşfiyyatında sistem dəyişikliyinin ediləcəyi gözlənilir.
Təbii ki, iqtisadi sahələrdə də 2002-ci ildən başlayan ciddi islahatların davam etdiriləcəyi gözlənilir.
Rufiz Hafizoğlu
Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri
Siyasət
Yeni Türkiyədə hər şey daha fərqli olacaq
11 Avqust 2014 11:28
Baxış: 1 809
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev: Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm - VİDEO
-
İlham Əliyev və Mehriban Əliyeva Xanooba kənd sakinləri ilə səmimi söhbət etdi - FOTO
-
Hikmət Hacıyev Parisdə Azərbaycan və Fransa arasında ikitərəfli münasibətləri müzakirə edib
-
İlham Əliyev Azərbaycanla Serbiya arasında dostluğun inkişafı üçün çox iş görüb – Vuçiç
-
Prezident Mixail Zabelini təltif etdi
-
Prezident İlham Əliyev Xocavənddə tonqal yandırdı - VİDEO
XƏBƏR LENTİ
-
Bu şəxslər bayram şirniyyatlarından uzaq durmalıdır - Həkimdən XƏBƏRDARLIQ
-
Bağırsaq xərçəngi riskini azaldan gözlənilməz məhsul
-
Şarlotka piroquresepti
-
Saat 10-dan öncə işə başlamağın ZƏRƏRLƏRİ
-
Qadınlarda "Alzheimer" riski daha yüksəkdir
-
Xəzər dənizindəki İran gəmiləri vuruldu
-
Hesabınıza səhvən gələn pulu qətiyyən geri göndərməyin - xəbərdarlıq
-
Beşamel sousu resepti
-
Yaponlar niyə gecələr mətbəx çanağına duz tökürlər?
-
Qızını özəl təyyarə ilə Dubaydan çıxardı
-
“Barselona” “Nyukasl”ı darmadağın etdi
-
Günün qoroskopu: bu gün ruhunuz bir az daha azad və geniş hiss edə bilər
-
Oğlu başqa ölkədə yaşayacaq
-
Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb - FOTO
-
Batareyanın ən böyük düşməni - 80 faizini "yeyir"
-
Nadir Qafarzadə yeni doğulan nəvəsi ilə - FOTO
-
Qubada kişi həyat yoldaşını qətlə yetirdi
-
Baba Vəziroğluna ağır itki
-
Üzüyündən tanındı - İsrail görüntüləri yaydı - FOTO
-
İran Riyada hava zərbələri endirdi: Regionda müharibə alovlanır
-
İlham Əliyev: Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm - VİDEO
-
"Eşref Rüya"da daha bir sima - FOTO
-
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO
-
İlham Əliyev və Mehriban Əliyeva Xanooba kənd sakinləri ilə səmimi söhbət etdi - FOTO





