Siyasət

Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb (Foto)

17 İyul 2026 20:50
Baxış: 196

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak üçün Özbəkistana səfərimiz zamanı Prezident cənab Şavkat Mirziyoyevin qəbulunda olduq, Prezident İlham Əliyevin salamlarını çatdırdıq.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə salamlarını çatdıraraq Azərbaycan - Özbəkistan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri nəticəsində ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayaraq iqtisadi əməkdaşlığın şaxələndirilməsi, qarşılıqlı ticarət və investisiya təşəbbüslərinin fəal təşviqi, biznes əlaqələrinin gücləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük", - deyə nazir paylaşımda qeyd edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.