Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - (Foto)
İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidentiİlham Əliyev çıxış edərək dedi: Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Qarabağa xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əvvəlcə, qonaqpərvərliyə görə minnətdaram. Ötən il ölkənizə rəsmi səfərimdən və müzakirələrimizdən xoş xatirələr qalır. Məmnunam ki, fəal dialoqu davam etdiririk. Eyni zamanda, şadam ki, Sizi Administrasiyanızın və Hökumətinizin mühüm üzvlərindən ibarət çox böyük nümayəndə heyəti müşayiət edir. Biz də böyük heyətimizlə buradayıq. Bu, işin və ikitərəfli gündəliyin miqyasını, həmçinin irəliləyişi gördüyümüz və əlavə irəliləyişi görmək istədiyimiz həmin istiqamətləri nümayiş etdirir. Elə indicə bir çox məsələlərlə bağlı təkbətək fikir mübadiləsi apardıq, indi isə nümayəndə heyətləri ilə davam edirik. Tam əminəm ki, bu səfər tərəfdaşlığımıza əlavə təkan verəcək.
Sizi Qarabağda qəbul etmək xüsusilə xoşdur. Sabah Siz Bakıda olacaqsınız. Biz, həmçinin hazırda slovak şirkəti tərəfindən tikilən "ağıllı kənd"ə səfər edəcəyik və bu, güclü əlaqələrimizin digər yaxşı nümunəsidir. Hazırda burada, Qarabağda yenidənqurma işləri hökumətimizin əsas prioritetlərindən biridir. Buna görə slovak mütəxəssislərin iştirakı olduqca vacibdir. Bir sözlə, biz bu gün gündəliyimizdə olan bir çox məsələləri əhatə edəcəyik. Bir daha xoş gəlmisiniz və dəvətimi qəbul etdiyinizə görə minnətdaram.
_____________
Slovakiya Prezidenti Peter Pelleqrini çıxış edərək dedi: Çox sağ olun, cənab Prezident. Güclü nümayəndə heyəti ilə yenidən Azərbaycanda olmaq bizim üçün böyük şərəfdir və dəvətinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm.
Sizin Bratislavaya səfəriniz mənim də xatirimdədir. Həmin səfər diplomatik münasibətlərimizin tarixində mühüm səfər oldu. Əlbəttə, mən Bakıda deyil, Qarabağda, Şuşada görüşmək təklifinizi çox yüksək dəyərləndirirəm. Biz, həqiqətən, böyük təəssürat altındayıq. Ötən gecədən başlayaraq, cəmi bir neçə saatdır buradayıq və azad ediləndən sonra bir neçə il ərzində görülmüş işlər, həyata keçirilmiş infrastruktur layihələri bizə xoş təəssürat bağışladı. Biz çox fərəhlənirik ki, Slovakiya həmin işlərdə iştirak edir. Həmin mühüm layihələrdə iştirak edən iki xarici şirkətlərdən biri bizik. Ümid edirik ki, slovak ekspertlər gələn illərdə də burada digər yeni layihələrdə iştirak edəcəklər.
_____________
Geniş tərkibdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Slovakiya Prezidenti: Azərbaycan regionun sabitliyinin, inkişafının qarantı və əsas oyunçusudur
-
Prezident İlham Əliyev Emmanuel Makronu təbrik edib
-
Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra da Azərbaycan-Slovakiya münasibətləri inkişaf edəcək - (Video)
-
Parlamentin növbədənkənar sessiyasının son iclası keçirilir
-
Prezident İlham Əliyev: Slovakiya Qarabağın bərpasında fəal iştirak edir - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir - (Video)
XƏBƏR LENTİ
-
Könüllülər və şagirdlər üçün sığorta ödənişi qaydaları yenilənir
-
Mingeçevirdə çimərlikdə ölən Rəşadın görüntüsü - (Video)
-
172 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
-
Şəhid Kərim Əliyevin görüntüləri kövrəltdi - (Video)
-
Balıq məhsullarının satışı ilə bağlı yeni qaydalar müəyyən edildi
-
Rihanna illər sonra səhnəyə qayıtdı - (Video)
-
Slovakiya Prezidenti: Azərbaycan regionun sabitliyinin, inkişafının qarantı və əsas oyunçusudur
-
İşçilər işlədikləri müəssisədən pay ala biləcəklər - Yeni dəyişiklik
-
Kraudfandinq fəaliyyəti ilə bağlı yeni rüsum: 2750 manat
-
Ölkədə Media və Yayım Şurası yaradıldı
-
Lətafət Ələkbərovanın qızı İstanbulda əməliyyat olundu - (Video)
-
Prezident İlham Əliyev Emmanuel Makronu təbrik edib
-
Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra da Azərbaycan-Slovakiya münasibətləri inkişaf edəcək - (Video)
-
Parlamentin növbədənkənar sessiyasının son iclası keçirilir
-
Prezident İlham Əliyev: Slovakiya Qarabağın bərpasında fəal iştirak edir - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir - (Video)
-
Fakundo Baqnis dopinqə görə 12 ay müddətinə yarışlardan kənarlaşdırıldı
-
Prezident İlham Əliyev: Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir - (Video)
-
Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər
-
Moskvada terror aktının qarşısı alındı
-
Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - (Foto)
-
Tramp xalqa müraciət edəcək
-
Mövsümi giləmeyvələr tez xarab olur: Necə qorumaq olar?
-
Bakı-Şamaxı yolunda təhlükəli vəziyyət yarandı: AAYDA-dan açıqlama





