Baş nazirdən QƏRAR
Azərbaycan Respublikasının Nazirlər Kabineti "Elektron icra" informasiya sistemi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
Milli.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
2025-ci ilin may ayında "İcra haqqında" Qanuna və Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliklərin icrasını təmin edən bu qərar icra işlərinin aparılmasında bir sıra mühüm yenilikləri nəzərdə tutur.
Qərara əsasən tətbiq ediləcək əsas yeniliklər aşağıdakılardır:
Bundan sonra icra hərəkətlərinə dair rəsmi bildirişlər borclunun adına qeydə alınmış mobil telefon nömrəsinə SMS vasitəsilə göndəriləcək. Bu, tərəflərin vaxtında məlumatlandırılmasını və icra prosesinin operativliyini təmin edəcək.
İcra sənədləri üzrə tələblər borclunun təkcə banklarda deyil, həm də elektron pul təşkilatlarında olan vəsaitlərinə yönəldiləcək. İcra məmurunun qərarı sistem vasitəsilə dərhal banklara və elektron ödəniş sistemlərinə ötürüləcək, icranın nəticələri barədə məlumat isə avtomatik geri qaytarılacaq.
Borclu fiziki şəxslərin, habelə borclu hüquqi şəxslərin icra orqanı rəhbərlərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadları və onların ləğvi barədə məlumatlar sistemdə dəqiq qeydiyyata alınacaq və aidiyyəti qurumlar arasında operativ mübadilə ediləcək.
Özünün informasiya sistemi olmayan dövlət orqanları və bələdiyyələr üçün "Elektron icra" sistemində xüsusi elektron kabinetlər yaradılacaq. Bu qurumlar icra sənədlərini həmin kabinetlər vasitəsilə birbaşa sistemə yerləşdirərək icraya yönəldə biləcəklər.
Qərarda "yerli özünüidarəetmə orqanları" ifadəsi "bələdiyyələr"lə əvəz edilib, həmçinin borclu hüquqi şəxslərin rəhbərlərinin məsuliyyəti və bank hesabları ilə bağlı nəzarət mexanizmləri konkretləşdirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama
-
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
-
CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik - MEDİA
-
Milli Məclisin komissiyası "CNN"dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib
-
Parisin ikiüzlü "demokratiyası": Seba faciəsi və Mirzəli şousu
-
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
XƏBƏR LENTİ
-
Azərbaycanlı tanınmış fotoqrafların toy qiymətləri dodaq "UÇUQLATDI": 11.500 manat...
-
Fiziki məhdudiyyətli satıcı görün tərəzidə necə ALDADIR: 3500 cərimə olundu - VİDEO
-
Əgər yemək tavaya yapışırsa, BUNU EDİN
-
Hansı şəxslərə kolbasa-sosis OLMAZ?
-
İnsanlar 150 ilə qədər yaşaya biləcəklər
-
Xalq artistinin oğluna yüksək vəzifə verildi
-
Sergey Lavrov istefa verib? - Rəsmi açıqlama
-
Azərbaycanda klub 1 milyon manata satışa çıxarıldı
-
Taksidə anidən Bülent Ersoy peyda olarsa... - VİDEO
-
İlə 510 milyon qazandı - Rekord
-
Valideynlərin ən çox işlətdiyi və uşaqda travma yaradan 5 cümlə
-
Dua Lipanın 3 gün davam edəcək toyundan ilk FOTOlar
-
Sobadakı inadkar yağlara son
-
Lənkəranda ağır qəza - sürücü öldü FOTO
-
Aktrisanın vəzifəli nişanlısı həbs olundu
-
Faciədən döndü - Nəfəs kəsən xilasetmə əməliyyatı - VİDEO
-
Günün qoroskopu: Bu gün sizin üçün çox asan olacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb - FOTO
-
Ölümündən 24 gün sonra atası da vəfat etdi
-
Akrobatika və aerobika gimnastikası üzrə Dünya kubokunun ikinci günü - FOTO
-
“Həyatın işini bilmək olmaz, bəlkə gələn zənginə kimi çatmadım”
-
Zorakılığa məruz qaldığı deyilən şagird və valideynləri danışdı - VİDEO
-
Bitkoin ucuzlaşıb
-
“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO





