Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Zati-aliləri.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu insan tələfatına və yaralanmasına səbəb olan faciəvi təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi və sarsıtdı.
Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına, o cümlədən bu hadisə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Belə bir kədərli gündə dualarımızın xüsusilə də faciənin nəticələri ilə üzləşmiş sağ qalan insanlarla olduğunu bildirirəm".
Milli.Az