Siyasət

MN-nin hərbi hüquqşünaslarından ibarət nümayəndə heyəti Türkiyədə səfərdədir - FOTOlar

18 Oktyabr 2024 19:12
Baxış: 283

Azərbaycan Müdafiə Nazirliyinin hərbi hüquqşünaslarından ibarət nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Azərbaycan Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Türkiyə milli müdafiə nazirinin müavini cənab Şuay Alpay ilə görüşüb.

Görüşdə silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normaları, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə hüququn inteqrasiyası və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Türkiyə Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətləri Baş İdarəsində Hüquq fakültəsi üzrə zabitlərin peşə təhsilinin başa çatması münasibətilə keçirilən tədbirdə iştirak edib.

Buraxılış mərasimində çıxış edənlər məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıbar.
Cənab Ş.Alpay Azərbaycan nümayəndə heyətini 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Sonda təhsilini uğurla başa vuran Azərbaycan Ordusunun hərbi qulluqçusuna və digər məzunlara sertifikatlar təqdim olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.