Siyasət

Paşinyan müxalifətə Azərbaycanla bağlı bu addımı qadağan etdi

2 Oktyabr 2024 19:32
Baxış: 1 504

Ermənistanın baş naziri Nikol Paşinyan parlament saatı zamanı bildirib ki, o, müxalifətə Azərbaycanla sülh sazişi layihəsi ilə tanış olmağı qadağan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Mən sizə sənədlə tanış olmaq imkanı verdim, bundan sonra cəmiyyətimizə nağıl danışmağa başladınız. Mən də sizə bu sənədə baxmağı qadağan etdim və düzgün etdim", - deyə o bildirib.

Əvvəllər bir neçə müxalifət deputatı sənəd layihəsi ilə tanış olub və bundan sonra bir neçə siyasi bəyanatla çıxış edib. Paşinyan qeyd edib ki, onlar "manipulyasiya" etmək qərarına gəliblər.

Belə olduqda, baş nazir "diplomatik etikaya" əsaslanaraq bu sənədi dərc etməkdən imtina edib. O əlavə edib ki, mümkün saziş sülh müqaviləsinin icrasının gedişinə, diplomatik münasibətlərin qurulmasına və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına nəzarət etmək üçün Azərbaycan-Ermənistan komissiyasının yaradılmasını nəzərdə tutur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.