Siyasət

Paşinyan Ərdoğanla görüşməsin, düşmən olaq? - Papoyan

26 Sentyabr 2024 16:34
Baxış: 764

Paşinyanın Ərdoğanla görüşməsi və ondan Türkiyə prezidentinin müəllifi olduğu kitabı hədiyyə alması düzgün addımdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə bildirib.

Nazir qeyd edib ki, hakimiyyət tərəfindən atılan bütün addımlar regionda sülhün bərqərar olmasına və iqtisadi rifahın təmin olunmasına yönəlib:

"Bəs siz nə təklif edirsiniz? Yəni Ermənistan qonşuları ilə diplomatik münasibətlər qurmasın və öz siyasəti ilə yeni problemlər, düşmənçilik yaratsın?"

Papoyan keçmiş hakimiyyəti Ermənistanı bütün iqtisadi nəticələrlə birlikdə 30 il blokada və təcrid şəraitində saxlamaqda ittiham edib.

Qeyd edək ki, erməni müxalifəti Paşinyanı Ərdoğanla görüş üçün Nyu Yorkdakı Türk Evinə getməkdə ittiham edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.