Ərdoğan İlham Əliyevə zəng edib
Sentyabrın 2-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Türkiyə Prezidenti bu seçkilərin Azərbaycanın suverenliyinin tam bərpa edilməsindən sonra ölkəmizin bütün ərazisində keçirilən ilk parlament seçkiləri olmasının önəmini qeyd edib. Rəcəb Tayyib Ərdoğan seçkilərin azad, sərbəst, demokratik şəraitdə keçdiyini və Azərbaycan xalqının iradəsini əks etdirdiyini vurğulayıb.
Prezident İlham Əliyev təbrikə görə təşəkkürünü bildirib.
Telefon danışığı zamanı, Azərbaycanla Türkiyə arasında parlamentlərarası əlaqələrin əhəmiyyəti və parlament nümayəndə heyətlərinin mütəmadi qarşılıqlı səfərləri qeyd olunub. Eyni zamanda, ölkəmizdə keçirilən bu seçkilərdə Türkiyə Böyük Millət Məclisinin parlamentlərarası dostluq qrupunun müşahidəçi qismində geniş tərkibdə iştirak etdiyi bildirilib.
Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan parlament nümayəndə heyəti Kiyevə səfər edəcək
-
Azərbaycanda 2023-cü ildən bəri 254 yeni hakim təyin olunub
-
Harri Keyn Ronaldonun rekordunu geridə qoydu
-
Bakıda 37 yaşlı kişi hər iki ayağından bıçaqlandı
-
Dəniz suyunun temperaturu 19-22 dərəcə olacaq
-
Rus ordusu iki kəndi işğal etdi
-
Belarusdan hücum olsa, onları məhv edəcəyik
-
Sabah Azərbaycanın bəzi bölgələrində yağış yağacaq - Proqnoz
-
Aİ Venesuelaya zəlzələdən sonra 5 milyon avro yardım ayırdı
-
Yasamalda qadın ərini baltaladı
-
İran İtaliyanı ABŞ–İsrail müharibəsində iştirakda ittiham edib
-
Ağdərədə ağır qəza: Avtobus aşdı, çox sayda yaralı var
-
İsveçrə buzlaqları sürətlə yox olur
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
-
PUA-lar Rusiyadakı neft emalı zavodunu hədəf aldı
-
Dünənki döyüşdə Rafael Fiziyev 100 min dollar qazanıb
-
Putin nə vaxt nüvə silahından istifadə edə bilər?
-
Bakıda qaydaları kobud pozan motosiklet sürücüsü saxlanıldı
-
Qrup mərhələsinin ən məhsuldar oyunçusu Messi oldu
-
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür
-
Yaponiyada 6,0 maqnitudalı zəlzələ baş verdi
-
İrandan ABŞ-a sərt ittiham: Öhdəliklərə əməl etmir
-
Dünya çempionatında 1/16 final cütləri bəlli oldu
-
Arif Heydərov - Ömrün 7 anı...





