Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı dostluq əlaqələri daha da möhkəmlənir - Azər Qarayev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının görüşündə iştirak edərək, ölkəmizin beynəlxalq arenada artan nüfuzunu və mühüm strateji əhəmiyyətini bir daha nümayiş etdirdi.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib
Onun sözləri görə, Azərbaycanın bu formatdakı iştirakı, dövlətimizin başçısının şəxsi nüfuzunun, yürütdüyü müdrik və uzaqgörən siyasətin nəticəsi olaraq, ölkəmizin etibarlı tərəfdaş və regional aktor kimi rolunu təsdiqləyir.
"Bu tədbir, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı dərin tarixi və dostluq əlaqələrinin daha da möhkəmləndiyini göstərir.
Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq, son illər ərzində ikitərəfli və çoxtərəfli formatda uğurla inkişaf edir. Bu inkişaf, xüsusilə TDT, ŞƏT, BMT-nin SPECA proqramı, MDB və İƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi ilə müşahidə olunur. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı yüksək səviyyəli səfərlər bu əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayıb, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb".
Politoloq qeyd edib ki, ölkələr arasında ticarət-iqtisadi əlaqələr də dinamik inkişaf edir. 2023-cü ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 1,4 milyard ABŞ dollarına çatıb.
"Həmçinin, Orta dəhliz kimi əhəmiyyətli nəqliyyat-logistika marşrutu, Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat bağlantısının gücləndirilməsində əsas rol oynayır.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının digər mühüm sahəsi isə yaşıl enerji sektorudur. 2023-cü ildə imzalanmış "Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu" bu istiqamətdə birgə hədəflərin həyata keçirilməsinə imkan verir".
A.Qarayav onu da əlavə edib ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında mövcud olan əməkdaşlıq, ölkəmizin regional və beynəlxalq arenada strateji əhəmiyyətini bir daha təsdiqləyir və gələcəkdə daha da möhkəmlənməsi üçün geniş potensiala malikdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Mirziyoyev Bakıda AQEM sammitində iştirak edəcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidenti Thonqlun Sisulitun Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
“Bunun İslamla əlaqəsi yoxdur”
-
Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
-
"Anti-Azərbaycan dairələri ünvanı səhv salıblar"
-
Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi inteqrasiya dərinləşir - Sevil Mikayılova
XƏBƏR LENTİ
-
Çempionlar Liqası: "Sabah" hesabı açdı - YENİLƏNİR - CANLI
-
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
-
Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır – Mikayıl Cabbarov
-
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
-
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
-
"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəyəcək
-
Sahibə Qafarova Laos Prezidenti ilə parlamentlərarası əlaqələri müzakirə edib - (Foto)
-
Bakıda Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə qəbul keçirilir - (Foto)
-
Mexikoda Azərbaycan mədəniyyəti təbliğ olunur: Səfir Seymur Fətəliyev və deputat Korina Vilyeqas San-Lasaroda sərgi açdılar
-
Elxan Müzəffərov vəfat etdi - (Foto)
-
İki çempion “Survivor 2027”də - (Foto)
-
Rüşvət almaqda ittiham edilən Hüseyn Seyidov vaxtından əvvəl azadlığa buraxıldı
-
Tərlan Quliyev vəfat etdi
-
Azərbaycanda əhalinin borc yükü artıb
-
“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz” - Röya Ayxan
-
Faciəli şəkildə ölən 14 yaşlı qızın (Fotosu)
-
Mərkəzi Banka yeni səlahiyyət verilir
-
Mirziyoyev Bakıda AQEM sammitində iştirak edəcək
-
Azərbaycan Türkiyənin kiçik qardaşı deyil: bir millət, iki dövlət və imperiya iddialarının sərhədləri
-
Şeyx: "Qəbul olunan qərarda "hicab" sözü yoxdur" - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidenti Thonqlun Sisulitun Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Almaniyaya uçan təyyarə həyəcan siqnalı göndərib





