Siyasət

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

27 İyun 2024 16:39
Baxış: 2 659

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Natiq Səlim oğlu Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi ilə əlaqədar onun anası Qasımova Dursun Əsgər qızına Prezident təqaüdü təyin edilib.

Milli.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, nazirlik tərəfindən şəhid Milli Qəhrəmanın anasına elektron sistem üzərindən avtomatik olaraq (proaktiv qaydada) Milli Qəhrəmanların ailələri üçün nəzərdə tutulan aylıq təqaüdün (1800 manat) təyinatı aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.