Siyasət

Gürcüstan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü dəstəkləyir - İlya Darçiaşvili

27 İyun 2024 15:34
Baxış: 625

Gürcüstan ilə Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Azərbaycan bizim üçün yalnız yaxşı qonşu və dost ölkə deyil, eyni zamanda, çox yaxşı strateji tərəfdaşdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Tbilisidə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi görüşdən sonra brifinqdə deyib.

O qeyd edib ki, hər iki ölkə enerji, nəqliyyat, logistika və digər sahələrdə səmərəli əməkdaşlıq edir.

Regional sülhün əldə olunması məsələsinə toxuna nazir deyib ki, Gürcüstan Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması üçün əlindən gələni edəcək.

"Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi iqtisadi layihələr təkcə bizim üçün deyil Avropa üçün də mühüm əhəmiyyət kəsb", - deyə gürcü nazir vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.