Dünya

“Krokus Siti Holl” nə vaxta qədər bu cür qalacaq? – Rəsmi

30 İyun 2024 00:15
Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Krokus Qrup" Krasnoqorskda terror aktından sonra yanan "Krocus Siti Holl" konsert zalının xarici konturunu bərpa etməyi planlaşdırır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmisi TASS-a açıqlamasında deyib.

"Krokus Siti Holl"un yerləşdiyi binanın sahəsi 400 min kv.m-dir, yanmış hissə və perimetr 10 min kv.m təşkil edir. Yaxınlıqda başqa obyektlər də var ki, onlara hər gün çoxlu adam gəlir. Məhz bu səbəbdən dağılmış tikililərin heç kimə təhlükə yaratmaması üçün perimetri qaydaya salmaq vacibdir", - o bildirib.

Onun sözlərinə görə, terror aktı baş verən yerdə həlak olanların xatirəsinə abidə qoyulması və ya binanın bərpası ilə bağlı hələlik yekun qərar yoxdur.

Qeyd edək ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov "Krokus Siti Holl"un yerində konsert zalının tikilməyəcəyini bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.