Sağlamlıq

Təhlükəli allergiya riskini belə azaltmaq olar

30 İyun 2024 04:04
Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhlükəli allergiya riskini 81% azaltmağın yolu tapılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, körpəlikdən beş yaşa qədər uşaqları fıstıqla qidalandırmaq fıstıq allergiyası riskini 81% azalda bilər.

Təcrübədə uşaqların yarısı körpəlikdən beş yaşına qədər müntəzəm olaraq fıstıq məhsullarından istifadə edib, digər yarısı isə bu müddət ərzində fıstıqdan qaçıb. Fıstıq məhsullarının qida rasionuna erkən daxil edilməsi beş yaşında fıstıq allergiyası riskini 81% azaldıb.

12 yaşında fıstıqdan uzaq duran iştirakçıların 15,4%-i (246 uşaqdan 38-i) və uşaqlıqdan fıstıq yeyənlərin 4,4%-i (251 uşaqdan 11-i) fıstıq allergiyası inkişaf etdirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.