Ölkə

Bakının mərkəzində yeni park salınır - Bəzi evlər sökülür - VİDEO

29 İyun 2024 09:33
Baxış: 5 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt ərazisində yeni istirahət zonası salınacaq.

Milli.Az xezerxeber.az-a istinadla xəbər verir ki, artıq bununla bağlı işlərə start verilib. Ərazidə qəzalı vəziyyətdə olan bir neçə ev sökülüb.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonunda da müxtəlif tədbirlər görülür.

Onun sözlərinə görə, sözügedən ərazidəki tikililər paytaxtın estetik görkəminə xələl gətirirdi.

Qurum rəsmisi qeyd edib ki, Kamandar Əhmədov və Həmid Abbasbəyli küçələrindəki qəzalı vəziyyətdə olan evlər də sökülür.

Daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.