Rusiya

AZAL-ı vuran “Pantsir” Qroznıdan çıxarıldı - FOTO

30 Dekabr 2024 11:06
Baxış: 1 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ruslar Çeçenistan ərazisində olan və AZAL-a məxsus təyyarəni vuran "Pantsir-S" HHM sistemini Qroznıdan çıxardılar.

Milli.Az bildirir ki,  bu barədə məlumatı tarixçi alim Zaur Əliyev paylaşıb.

"Pantsir-S" sisteminin çıxarıldığını əks etdirən foto da yayan alim bunun izi itirmək üçün edilə biləcəyini də vurğulayıb.

"Pantsir-S" sistemi Qroznıya Ukrayna PUA-larının "Əhməd" xüsusi təyinatlılarının bazasına zərbə endirildikdən sonra gətirilmişdi.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.