Qlobal qeyri-müəyyənlik fonunda Azərbaycanın balanslı siyasəti nümunə kimi önə çıxır - Sahil Kərimli
Azərbaycan uzun illərdir ki, praqmatik və düşünülmüş siyasət yürüdərək dünya miqyasında öz yerini və çəkisini formalaşdırmış bir ölkəyə çevrilib. Ölkəmizin əldə etdiyi uğurların əsasında məhz bu ardıcıl və məqsədyönlü siyasi kurs dayanır.
Milli.Az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
O bildirib ki, bu gün dünyada baş verən siyasi proseslər ciddi narahatlıq doğurur. Müxtəlif bölgələrdə qanlı toqquşmalar, qarşıdurmalar və müharibələr davam edir. Ancaq ölkələrə qarşı artan beynəlxalq təhdidlər fonunda Azərbaycan balanslı və uzaqgörən siyasət yürüdərək öz dövlət müstəqilliyini və suverenliyini qoruyur, eyni zamanda, mövcud riskləri səmərəli şəkildə neytrallaşdırır.
Ətraflı
"Azərbaycanın beynəlxalq aləmdə etibarlı və inamlı tərəfdaş kimi tanınması xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin sözünün imzası ilə üst-üstə düşməsi, sülhə və təhlükəsizliyə verdiyi töhfələr onu qlobal proseslərdə seçilən və hörmətlə qarşılanan dövlətlərdən birinə çevirib. Təsadüfi deyil ki, Azərbaycan hələ illər əvvəl dünya miqyasında mühüm əhəmiyyət daşıyan enerji layihələrinin təşəbbüskarı və icraçısı olub. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolu böyükdür. Bununla yanaşı, Azərbaycanın həyata keçirdiyi iqtisadi layihələr, logistika və beynəlxalq tranzit yükdaşımaları sahəsində gördüyü işlər, həmçinin yaşıl və alternativ enerji istiqamətində reallaşdırdığı təşəbbüslər qlobal miqyasda mühüm töhfədir. Ölkəmiz iqtisadi əməkdaşlığa xüsusi önəm verməklə yanaşı, regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə də xidmət edir", - deyə politoloq əlavə edib.
S.Kərimli qeyd edib ki, bu baxımdan Prezident İlham Əliyevin Gürcüstana son səfəri zamanı səsləndirdiyi fikirlər də xüsusi diqqətə layiqdir.
"Dövlətimizin başçısının vurğuladığı kimi, bölgədə uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasında iqtisadi əməkdaşlığın rolu olduqca böyükdür. Azərbaycan daim xoş niyyətli və qarşılıqlı faydalı layihələr həyata keçirərək, bu siyasətini ardıcıl şəkildə davam etdirir. Məhz bu yanaşma sayəsində ölkəmiz bu gün qlobal proseslər fonunda öz müstəqil və prinsipial siyasi kursunu uğurla nümayiş etdirir. Nəticə etibarilə, Azərbaycanın balanslı və düşünülmüş siyasəti bu gün bir çox ölkələr üçün nümunə kimi dəyərləndirilir", - deyə o vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək - YENİLƏNİB - FOTO
-
Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyev Veliko Tırnovoda "Şuşa Parkı”nın salınması üzrə Sazişi təsdiqləyib
-
Mina Hasman: “Bakı Ağ Şəhər” layihəsi şəhərlərin regenerativ inkişaf modelinin nümunəsidir
-
Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib - VİDEO - FOTO
-
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Qəhvənin toxunma qavrayışını dəyişdirə bildiyi məlum oldu
-
Hazır cavab dövrü: Süni intellekt asılılığı insan zəkasını gerilədir?
-
Tikə kabab marinadının 4 qızıl qaydası
-
Minillik ağacın gövdəsindən ev düzəltdilər
-
"Tesla"nın gizli mənası məlum oldu: İllərdir "T" hərfi hesab edirdik
-
Süni intellekt gələcəyin "qızıl" peşələrini seçdi: Ən çox qazandıracaq sahələr
-
Ağ Evin damına dronlar yerləşdiriləcək
-
“Niyə orada ölmədilər, Ermənistanda peyda oldular?”
-
“Yorğanımız heç vaxt ayrılmasın” - Ərini belə təbrik etdi
-
Bakı-Tbilisi-Bakı qatarının FOTOları
-
Günün qoroskopu: İmpulsiv alış-verişlərdən uzaq durmalısınız
-
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
-
Vens: İranla danışıqlarda irəliləyiş var
-
"Mançester Siti"də böyük təmizlik
-
26 mərtəbəli binanı 5 günə inşa etdilər
-
"Artıq üçüncü həftədir, güclə nəfəs alıram”
-
Moskva-İrkutsk reysində gərgin anlar - məcburi eniş edildi
-
Qurban Qurbanov: "Ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Azərbaycanda dəhşətli qətl baş verdi
-
Xabi Alonso "Real Madrid"in ulduzunun transferini istəyib
-
“Piano Musiqisi Axşamı” adlı konsert proqramı təqdim olundu - FOTO
-
“Yerində olsaydım, onu stadionun yaxınlığına belə buraxmazdım”
-
Bakı-Tbilisi-Bakı qatarının qrafiki açıqlandı
-
Mourinyo gələr-gəlməz onu komandadan göndərir - FOTO





