Cəmiyyət

Həsən Əliyev və Tbilisi prospektinin kəsişməsində YENİLİK

15 Aprel 2026 19:00
Baxış: 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsi ilk dəfə işıqforlarla tənzimlənəcək.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində də piyadaların təhlükəsizliyi təmin olunacaq. Artıq DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən bu istiqamətdə işlərə başlanılıb:

"7-si "L", 8-i "A" tipli olmaqla ümumilikdə 15 ədəd işıqfor dirəyinin quraşdırılması işləri hazırda davam etdirilir. Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində hərəkətin təşkilində edilən dəyişikliklə bağlıdır".

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.