Siyasət

İlham Əliyev Belarusla imzalanmış protokolu təsdiqlədi

29 İyun 2024 15:21
Baxış: 619

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol"un təsdiq edilməsi barədə fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol" təsdiq edilib.

Bu fərmanda göstərilən Protokol qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidirlər.

Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.