Sağlamlıq

Yumurtanı bu qida ilə əvəzləyin: daha faydalıdır

3 İyul 2024 21:30
Baxış: 2 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütəxəssislər bu dəfə yumurta ilə bağlı araşdırma aparıblar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, gündə 1 yumurta yeməyin orqanizmə ziyan olduğu bildirilib. Tədqiqatçılar yumurta yerinə bir ovuc fındıq istehlakının daha faydalı ola biləcəyini vurğulayıb.

Hər gün yumurta yemək ürək xəstəliyi riski daşıyır. Alimlər belə qənaətə gəliblər ki, gündə bir yumurtanın təxminən bir ovuc qoz-fındıq ilə əvəz edilməsi ürək-damar xəstəliklərinin inkişaf və ya ölüm riskini 17 faiz azalda bilər.

Bəzi ekspertlər yumurtanın tərkibindəki xolesterinin ürəyə zərərli olduğunu bildirilblər. Ancaq buna baxmayaraq, qoz-fındıqların xolesterolu aşağı saldığı bilinir, bu da onları yaxşı bir alternativ halına gətirir.

Bu tapıntı bitki mənşəli qidaların heyvan mənşəli qidalar əvəzinə yeyildikdə ürək-damar xəstəlikləri, diabet və vaxtından əvvəl ölüm riskinə necə təsir göstərə biləcəyinə dair sübutların nəzərdən keçirilməsindən irəli gəlir.

Alimlər eyni zamanda kobasa və digər işlənmiş ət əvəzinə, qoz-fındıq yeyilməsini məsləhət görürlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.