Türkiyə Azərbaycanı məyus etdi
Türkiyə mətbuatında anti-Azərbaycan ritorikasının yenidən gündəmə gətirilməsi diqqət çəkir. Narahatlıq doğuran məqam odur ki, bu ritorika təsadüfi mediada deyil, hakimiyyətə yaxın orqanlarda yayımlanır.
"Zəngəzur dəhlizi ilə bağlı son razılaşmalarda hansı qərarlara gəlinməsindən xəbərsiz olsam da, Türkiyə Cümhuriyyəti dövlətinin prosesdən kənarda qalmasını doğru hesab etmirəm. Bir tərəfdən "İki dövlət, bir millət" deyib, digər tərəfdən isə buna zidd hərəkət edirsiniz! Bu siyasət Türk dünyasının birliyini iflasa uğradır. Hər bir Türk dürüst və idealına sahib olmalıdır. Bu prinsiplərə əməl etməyənlərin isə xəyanət içində olduqları bilinməlidir".
Bu sözlər Türkiyə mətbuatında, "Hürriyet" qəzetində Azərbaycan haqqında yazılıb, ölkəmiz "xəyanət"də günahlandırılıb. "Sabah" qəzeti isə Azərbaycanı "vicdansız"lıqda ittiham edib, İsraillə əlaqələrimizi sərt şəkildə tənqid edib.
Son iki gün ərzində "Sabah" və "Hürriyyət" qəzetlərində yayımlanan Azərbaycanla bağlı neqativ və əsassız materiallar sadəcə təəssüf doğurur. Xüsusilə bu gün qardaş ölkənin rəsmi dairələrinə yaxın bir qəzetin Azərbaycanı Zəngəzur dəhlizi məsələsində açıq şəkildə "xəyanət"də ittiham etməsi vəziyyəti daha da qəlizləşdirir. Aydın məsələdir ki, bu tip yazılar yalnız diqqət çəkmək məqsədi daşımır, həm də müəyyən siyasi dairələrin maraqlarını əks etdirir. Bəs görəsən bu yazıların sifarişçisi kimdir?
- Türk bloqer Azərbaycan xalqını təhqir etdi - VİDEO
- Trampın Londona çatan kimi xanımına dediyi söz bu oldu - Ekspertlər dodaq hərəkətlərindən oxudular
- Rəsmi danışıqları qeydə almayıblarmış - Avropa Komissiyasında qalmaqal
Qəribə olan odur ki, Azərbaycanı "xəyanət"də ittiham edən Türkiyə bugün Ermənistanla sürətlə yaxınlaşma siyasəti aparır. Sərhədlərdən keçidlər, nümayişkarcasına görüşlər, Gümrü-Qars dəmir yolunun bərpası imkanlarının araşdırılması, mətbuata qapalı görüşlər və s bunun bariz nümunəsidir. Azərbaycan bu prosesi yalnız kənardan izləyir. Sözsüz ki, bu addımlar sual doğurur, lakin mediamız bunu "satqınlıq" kimi qiymətləndirmir.
Eləcə də, "Sürix razılaşmaları" və Xocalı qatili Serj Sarkisyanın administrasiyası ilə imzalanmış protokollar yadımızdan çıxmayıb. Əhməd Davutoğlunun diplomatiyası da yadımızdadır. Buna baxmayaraq, Azərbaycan qardaşlıq prinsiplərinə xələl gətirəcək hər hansı addım atmaması Azərbaycanın strateji səbrini və balanslı diplomatiya yürütmək qabiliyyətini göstərir.
Digər təhrif olunmuş mövzu isə Azərbaycanın Fələstin siyasətidir. Azərbaycan Türkiyədə "Fələstin düşməni" kimi də qələmə verilir. Azərbaycanın İsrailə münasibətləri qabardılır, Fələstinlə diplomatik və humanitar əlaqələri isə göstərilmir. Halbuki reallıq tam başqadır.
Azərbaycan və Fələstin arasındakı münasibətlər uzun illərdir davam edən qarşılıqlı etimad və əməkdaşlıq əsasında qurulub. 1992-ci ildə rəsmi diplomatik əlaqələrin yaradılması bu münasibətlərin əsasını qoyub. 2011-ci ildə Bakıda Fələstin səfirliyinin açılması isə münasibətlərin daha da möhkəmlənməsinin nümunəsidir. Açılışda Fələstin Prezidenti Mahmud Abbas şəxsən iştirak edərək iki ölkə arasındakı qarşılıqlı hörmət və əməkdaşlığı təsdiqləyib. Azərbaycan da Ramallahda nümayəndəlik ofisi saxlayır ki, bu da qarşılıqlı tanınma və diplomatik əməkdaşlığın konkret sübutudur.
Azərbaycan İsrail-Fələstin münaqişəsində iki dövlət həllini dəstəkləyir. Prezident İlham Əliyev 2024-cü ildə bu mövqeyi bir daha vurğulayıb və Qoşulmama Hərəkatının sədri kimi Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu müdafiə edib. Bu, Azərbaycanın Fələstin məsələsində balanslı və prinsipial mövqedə olduğunu göstərir.
Diplomatik və humanitar əməkdaşlıq sahəsində də Azərbaycan fəal mövqedədir. 2024-cü ildə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) 2 milyon dollar yardım göndərərək, Fələstin xalqına birbaşa dəstək göstərib. Eyni zamanda Azərbaycan BMT və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) platformalarında Fələstinlə bağlı qətnamələri dəstəkləyib, beynəlxalq səviyyədə humanitar və diplomatik əməkdaşlığı gücləndirib.
Beynəlxalq münasibətlərdə təhsil və mədəniyyət sahəsi də önəmli rol oynayır. Azərbaycan və Fələstin arasında əməkdaşlıq protokolları imzalanıb, təhsil və mədəniyyət sahəsində müqavilələr həyata keçirilib. Fələstin tələbələri Azərbaycan universitetlərində təhsil alaraq iki xalq arasındakı əlaqələrin möhkəmlənməsinə töhfə verirlər.
Münaqişə zamanı Azərbaycan həm İsrailin, həm də Fələstinin zərər çəkmiş mülki əhalisini nəzərə alır, hər iki tərəfdəki mülki zərbələri qınayır və sülh çağırışları səsləndirir. Bu balanslı yanaşma Azərbaycanın beynəlxalq hüquq və humanitar prinsiplərə sadiqliyini ortaya qoyur.
Yəni, Türkiyə mətbuatında Azərbaycan haqqında yazılanların reallıqla yaxından uzaqdan əlaqəsi yoxdur. Azərbaycan bugün Türkiyə ilə münasibətlərində qardaşlıq və etimad prinsipinə sadiq qalır, beynəlxalq arenada balanslı və prinsipial mövqe nümayiş etdirir.
Təəssüf doğuran hal odur ki, qardaş ölkənin bəzi media dairələri Azərbaycanı yanlış formada təqdim etməklə həm ictimai rəy formalaşdırır, həm də qardaşlıq və etimad prinsiplərinə zərbə vurur. Azərbaycan isə səbrini qoruyur, tarixi yaddaşını unutmur və hər addımını diqqətlə ölçüb-biçərək atır.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir
-
Prezident İlham Əliyev: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib
-
Alyona Əliyeva “44” filminin təqdimatından görüntülər paylaşıb - (Foto)
-
Mirziyoyev Bakıda AQEM sammitində iştirak edəcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidenti Thonqlun Sisulitun Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
“Bunun İslamla əlaqəsi yoxdur”
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir
-
Pepe yeni vəzifəyə seçildi
-
Kiyevə raket hücumu: Ölənlər və yaralananlar var - (Foto)
-
Bədbəxt hadisə keçirmiş polkovnik-leytenant vəfat etdi
-
Azərbaycanda ət niyə bahalaşır? - ARAŞDIRMA
-
Nailə İslamzadənin oğlu ilə maraqlı rəqsi - (Video)
-
ABŞ-də 29 yaşlı teleulduz güllələnərək öldürüldü - (Foto)
-
Prezident İlham Əliyev: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır
-
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir
-
Məktəbli forması məsələsi niyə siyasiləşdirilir?
-
Prezident İlham Əliyev: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib
-
“Məktəbdən kənar seçimlə məktəbin qaydaları fərqlidir”
-
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
-
Ərindən uşaq üçün yemək pulu istədi, sonra onu bıçaqladı
-
Ueyn Runi Ronaldunu sərt tənqid etdi
-
Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib
-
ÇL: Bu gün daha 9 oyun var
-
Bakıda Azərbaycan-Laos Biznes Forumu keçirilir
-
Ertem Şenerdən Azərbaycana böyük dəstək: "Pulla qarşılığı yoxdur” - (Video)
-
Türkiyədə məşhur telekanalın yayımı dayandırıldı - Saxlanılanlar var
-
Ordumuzun ilk qadın snayperi vəfat etdi - (Foto)
-
Roma Papasının ağciyərində xərçəng aşkarlandı
-
Nişanını qaytaran Nigar Tofiqdən diqqət çəkən sözlər - (Video)
-
Bu ərazilərdə qaz olmayacaq





