Dünya

Dünyaşöhrətli yazıçı vəfat etdi

1 İyul 2024 18:31
Baxış: 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaşöhrətli albaniyalı yazıçı İsmail Kadare 88 yaşında vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb .

Bildirilib ki, o, sağlamlıq problemləri ilə əlaqədər bu gün səhər xəstəxanaya yerləşdirilib.

Amma onun ölüm səbəbi hələ ki məlum deyil.

Prezident Bayram Beqay və digər rəsmi şəxslər yazıçının ölümü ilə bağlı başsağlığı veriblər.

O, uzun müddət kommunist rejiminə qarşı mübarizə aparıb. İ.Kadarenin məşhur əsərləri arasında "Daşda salnamə", "Böyük tənhalığın qışı" var. İ.Kadare bir çox beynəlxalq mükafatlara layiq görülüb, əsərləri xarici dillərə tərcümə olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.