Siyasət

O’Brayn: Azərbaycanla işləməyə ehtiyac var

27 İyun 2024 11:16
Baxış: 718

Sülhə nail olmaq yalnız Azərbaycanın məsələsi deyil.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib.

ABŞ dövlət katibinin köməkçisi deyib ki, bu, həm də bütövlükdə region və Mərkəzi Asiya üçün bir məsələdir:

"Bütün bu ölkələr dünya bazarına ya Rusiya, ya da Çin vasitəsilə ixrac edirlər. Onların alternativ üçün Azərbaycanla işləməyə ehtiyacı var. Bir yol Gürcüstan və Qara dənizdən keçir, digər yol, yəni potensial olaraq daha böyük yol Azərbaycan, Ermənistan və Türkiyədən keçir. Bu mənada müharibəyə son qoymaq və 1990-cı ildən bəri mövcud olan bu dəhşətli münaqişənin başa çatması üçün bizim Ermənistan və Azərbaycan arasında sülh sazişinə ehtiyacımız var. Bizim mesajımız budur: artıq sülh zamanıdır!"

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.