Siyasət

Trans-Xəzər marşrutu Azərbaycanın ticarət yollarını genişləndirir - VİDEO

6 İyun 2024 20:43
Baxış: 436

Azərbaycanın Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin uğurlu fəaliyyətinin təmin olunmasında böyük rolu var.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

O qeyd edib ki, bu marşrut Azərbaycan ərazisinin önəmli bir hissəsindən keçir və ölkənin nəqliyyat, iqtisadiyyat və siyasi əlaqələri üçün strateji əhəmiyyət kəsb edir.

"Son zamanlar regionda baş verən mürəkkəb geosiyasi vəziyyət bu dəhlizlərin əhəmiyyətin artırır. Trans-Xəzər marşrutu Azərbaycanın ticarət yollarını genişləndirir. Bu, ölkənin ticarət potensialını artırır və regionda daha bir iqtisadi mövqe əldə etməsinə kömək edir.

Marşrut boyu infrastrukturun inkişafı və nəqliyyat sahəsində layihələr Azərbaycanın özünəməxsus enerji və iqtisadi resurslarını daha sürətli və sərfəli şəkildə dünya bazarlarına çıxarmağa kömək edir. Orta Dəhlizin digər mühüm məqamlarından biri infrastrukturla bağlıdır. Yəni dəhliz boyu dar boğazların aradan qaldırılması təmin edilməlidir. Lakin ümumi olaraq yaxın beş il ərzində müsbət dinamika müşahidə olunacaq", - deyə o qeyd edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.