Dünya

Seçicilər debatda onun uğur qazanacağına inanır

28 İyun 2024 06:49
Baxış: 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı seçicilərin əksəriyyəti ölkənin keçmiş lideri Donald Trampın hazırkı prezident Co Baydenlə qarşıdakı debatda uğur qazanacağına inanır.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu, "The New Times"n Siena Kolleci ilə birgə keçirdiyi sorğunun nəticəsidir.

Araşdırmaya görə, sorğuda iştirak edən seçicilərin 60%-i Trampın debatda "yaxşı" və ya "kifayət qədər yaxşı" çıxış edəcəyinə inanır. Co Baydenə gəlincə, respondentlərin 46%-i bu mövqeyi tutub.

Qeyd edək ki, CNN iyunun 27-də yerli vaxtla saat 21:00-da Atlanta şəhərində yerləşən binasında debata ev sahibliyi edəcəyini bildirib. Debat telekanal vasitəsilə canlı yayımlanacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.