Cəmiyyət

Azərbaycanda bu şəxslərə vergi güzəşti tətbiq olunması təklif edilir

21 Noyabr 2025 12:17
Baxış: 107
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda nail olacağımız ən mühüm göstəricilərdən biri məşğulluğun artması və daha çox iş yerlərinin açılmasıdır.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Azərbaycanda yeni iş yeri açan, əməkhaqqını artıran sahibkarlara ən azı bir il müddətinə bütün vergilərdən 50 % güzəşt tətbiq edilsin. Azərbaycanda təhsil müəssisələrini bitirib ilk dəfə əmək bazarına yeni daxil olan insanlara da vergi güzəştləri tətbiq etmək lazımdır ki, bu, məşğulluqda daha çox effekt versin", - deyə deputat vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.