Cəmiyyət

Yollardan və bazarlardan kolbasa almayın: At ətini mal əti adından yeyirik

21 Noyabr 2025 11:35
Baxış: 127
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxt bazarlarında aparılan son araşdırmalar zamanı ucuz kolbasa məhsullarından birində at ətinin aşkarlanıb və digər ucuz kolbasaların tərkibi ilə bağlı sualları yenidən gündəmə gətirib.

Bəs bazarlarda satılan kolbasaların tərkibi nədir? 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, belə məhsulların tərkibində keyfiyyətsiz və mənşəyi bilinməyən ətlərin olması mümkündür. Onun sözlərinə görə, ətin mənşəyi mütləq göstərilməlidir, çünki bazarlarda satılan bəzi məhsullar yararlılığı şübhəli heyvan ətlərindən hazırlana bilər. Ucuz qiymət də bununla bağlıdır.

Sədr əlavə edib ki, Nazirlər Kabinetinin 94 nömrəli qərarına əsasən, satışdakı bütün ərzaq məhsulları markalanmalı, yəni istehsal tarixi, son istifadə müddəti və istehsalçı barədə məlumatlar qablaşdırmada qeyd olunmalıdır. 

Qida eksperti Məhsəti Hüseynova isə qeyd edir ki, kolbasaların qiyməti ətin qiymətinə uyğun olmalıdır:

"Çünki bu kimi məhsulların tərkibinin minimum 70 faizi ətdən hazırlanır. Əgər kolbasanın qiyməti ucuz təklif olunursa, bu zaman onun tərkibində heyvanın yararsız hissələrindən, həmçinin dərisindən hazırlanma ehtimalı da var". 

Məsələ ilə AQTA-dan bildirildi ki, satış fəaliyyərti ilə məşğul olan şəxslər tərəfindən insanlarına sağlamlığına zərər vurulmasını tam istisna edən vəziyyətdə təqdim edilməlidir və buna görə də məsuliyyət daşıyırlar. İstehlakçılar qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı şikayətləri olduğu tədqirdə satıcıdan hüquqlarını tələb edə bilərlər. 

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.