Azərbaycan "COP29"la dünyaya nümunə oldu
Məlum olduğu kimi, Braziliyada keçirilən COP30 tədbirində pavilyonlardan birində yanğın baş verib və 13 iştirakçı tüstüdən zəhərlənib. Hadisə konfransın sonuna bir gün qalmış baş verib. Yanğın altı dəqiqəyə nəzarət altına alınsa da, tədbir təşkilatçıları təhlükəsizlik məqsədilə bütün məkanı yeddi saat bağlamağa məcbur olub. Təhlükəsizlik personalı pavilyonları metal baryerlərlə qoruyub. Yanğın səbəbi ilə iştirakçılar danışıqları dayandırmalı, əşyalarını götürmək və pavilyondan uzaq otaqlara keçmək məcburiyyətində qalıblar. Bu hadisə COP30-un təşkilat və təhlükəsizlik sistemlərində bəzi çatışmazlıqların mövcud olduğunu göstərir.
Bu məqamda ağla ötən il Azərbaycanda keçirilən COP29 gəlir. Hansı ki, tədbir həm təşkilat, həm də təhlükəsizlik baxımından nümunəvi səviyyədə idi. Tədbirin keçirildiyi məkan müasir infrastruktura malik olub və bütün pavilyonlarda yanğınsöndürmə və təxliyə sistemləri, canlı monitorinq və peşəkar təhlükəsizlik personalı hər zaman hazır vəziyyətdə olub. İştirakçılar həmçinin yüksək xidmət səviyyəsi və rahatlıqla təmin olunub, toplantılar fasiləsiz və səmərəli şəkildə keçirilib.
COP30 təcrübəsi göstərir ki, beynəlxalq tədbirlərdə iştirakçıların təhlükəsizliyi və rahatlığı ön plana qoyulmalıdır. Azərbaycan COP29 ilə bu sahədə digər ölkələr üçün nümunə göstərib. Tədbirin yüksək səviyyədə təşkili iştirakçıların işgüzar görüşlərə, danışıqlara və layihələrə tam fokuslanmasına imkan verib, həmçinin ölkənin beynəlxalq nüfuzunu artırıb.
COP29 zamanı bütün təhlükəsizlik tədbirləri qabaqcadan planlaşdırılıb və potensial risklər öncədən nəzərə alınıb. Yanğın və qəza hallarının minimuma endirilməsi üçün texniki avadanlıqlar, avtomatik detektorlar və interaktiv monitorinq sistemləri tətbiq edilib. Bu isə iştirakçılara həm danışıqlara, həm də təqdimatlara tam fokuslanmaq imkanı verib. Tədbirin yüksək təşkilat səviyyəsi, həmçinin qonaqlar üçün rahat və təhlükəsiz mühit yaratmaq baxımından beynəlxalq standartlara cavab verib.
COP29-un uğuru yalnız infrastrukturla məhdudlaşmır. Tədbirin idarə edilməsi, iştirakçıların marşrutlarının planlaşdırılması və ziyarətçilərin rahat hərəkəti diqqətlə nəzərə alınıb. COP30-da baş verən yanğın Braziliya tədbirində bəzi risklərin mövcudluğunu ortaya çıxarsa da, COP29 Azərbaycanın həm təhlükəsizlik, həm də təşkilat baxımından nümunəvi tədbir olduğunu bir daha göstərir.
COP29 zamanı iştirakçılar üçün yaradılan texniki imkanlar və xidmətlər diqqətəlayiq olub. Məlumat stendləri, interaktiv təqdimatlar, auditoriya və pavilyonların yüksək səviyyəli təchizatı, eləcə də fasilələr zamanı iştirakçıların istirahət və yemək üçün nəzərdə tutulan sahələr tədbirin rahatlığını artırıb. Bu isə beynəlxalq qonaqlar tərəfindən yüksək qiymətləndirilib və tədbirin möhtəşəmliyini vurğulayıb.
COP30-da yaşanan gərginlik Braziliya tədbirində bəzi risklərin mövcudluğunu göstərsə də, COP29 Azərbaycanın həm təhlükəsiz, həm də möhtəşəm təşkil olunmuş tədbir olduğunu deməyə əsas verir. İnfrastrukturun keyfiyyəti, texniki dəstək, təxliyə sistemləri və iştirakçıların rahatlığının təmin olunması Azərbaycandakı iqlim danışıqlarını beynəlxalq səviyyədə nümunəvi tədbirə çevirib.
COP29 ilə Azərbaycan təşkilatçılıq bacarığını, təhlükəsizlik sistemlərinin etibarlılığını və iştirakçıların rahatlığını beynəlxalq auditoriya qarşısında nümayiş etdirmiş oldu. COP30-da baş verən yanğın hadisəsi göstərdi ki, tədbirlərin yüksək səviyyədə və təhlükəsiz təşkil olunması iştirakçıların işini dayandırmamaq və konfransın uğurla keçməsi üçün vacibdir. Bu baxımdan, COP29 Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində lider ölkələrdən biri olduğunu bir daha təsdiqləmiş oldu.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
-
Azərbaycan XİN BƏƏ-də baş vermiş yol qəzası ilə bağlı başsağlığı verib
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
XƏBƏR LENTİ
-
Vətalət Mehdiyeva vəfat etdi
-
Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - (Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Dezodorant sağlamlığınızı necə məhv edir – Həkimlərdən xəbərdarlıq
-
Emrə Altuğun əsl adı üzə çıxdı
-
Bu gün Bakıda baş vermiş ağır qəzanın anbaan videosu
-
Bir həftədə zirvədən eniş: "Nvidia" rəhbərinin xəyanət etirafı və milyardlıq itkilər
-
Şagird 1500 manat oğurlayıb dönər aldı
-
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
-
Sumqayıtda yol çökdü - (Video)
-
Tələbələri fotoları ilə şantaj edən şəxs saxlanılıb - (Video)
-
Aleksey Kaşuk “Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi - Müsahibə
-
Nazpəri Dostəliyeva 5 il əvvəl çıxdığı işə qayıdır?
-
Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var
-
Tovuzda hamilə qadın bıçaqlandı - qardaşı saxlanıldı - Yenilənib
-
HONOR Çində bazara liderlik edir: Magic9 seriyası uğurun əsas hərəkətverici qüvvəsidir
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
-
Makron özünü gülünc duruma saldı - (Foto)
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
“Obitus” filminin qala gecəsi Park Cinema Flame Towers kinoteatrında baş tutacaq
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
Obitus filminin Qala Gecəsi Park Cinemada





