Dünya

Alimlərdən xəbərdarlıq: Bu ölkə təhlükə altındadır

28 İyun 2024 06:06
Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslandiyanın cənub-qərb bölgəsindəki Reykyanes yarımadasında vulkan püskürmələri illərlə və ya onilliklərlə davam edə, bununla da ada ölkəsinin əhalisinin 70%-ni təhdid edə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu qənaətə ABŞ, İsveç, Çexiya və İslandiyadan olan beynəlxalq alimlər qrupu gəlib.

Məlumata görə, İslandiyada müntəzəm olaraq vulkan püskürmələrinə baxmayaraq, Reykyanes yarımadası təxminən 800 ildir ki, sakit vəziyyətdədir. Lakin onun əvvəlki vulkanik dövrü əsrlər boyu davam edib ki, bu da elm adamlarını tarixin təkrarlanacağına dair qorxuya salıb.

Komanda üç illik müşahidələri, o cümlədən seysmik məlumatlar və lava nümunələrinin təhlilini analiz edib. Alimlər belə nəticəyə gəliblər ki, 2021-ci ildə Reykyanes bölgəsi yeni vulkanik dövrə qədəm qoyub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.