Ölkə

Nərimanovda silahlını tutan mülki geyimli şəxs kimdir? - DİN-dən açıqlama - YENİLƏNİB - VİDEO

27 İyun 2024 09:39
Baxış: 7 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

09:39

İyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətindən mətbuatın Milli.Az-a bildirilib ki, şübhəli şəxsi tərkisilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.

Qeyd edək ki, ötən il Bakıda gənc oğlan güllələnərək qətlə yetirilib. Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu odlu silahdan atəş açaraq 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunu qətlə yetirib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam davam edir.

---------------
26.06.2024

Bakıda baş verən güllələnmənin təfərrüatları məlum olub.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, hadisə qız üstündə baş verib.

Belə ki, hər iki gənc bir qızı sevirmiş.

Hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən" deyərək 24 yaşlı Tural Kosayevi güllələyib və ərazidən qaçmağa çalışıb.

Lakin ətrafdakı şəxslər onun qaçmağına mane olub və onu saxlayaraq, polisə təhvil veriblər. 

Həmin anların görüntülərini təqdim edirik. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.