Türkiyə

Ölümündən 11 il sonra dəfn edildi

29 İyun 2024 16:40
Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc həkimlərin yetişdirilməsi üçün cəsədini Bursa Uludağ Universiteti (BUÜ) Tibb fakültəsinə bağışlayan təqaüdçü kiçik zabit Fehmettin Saymaz 11 il sonra mərasimlə Balıkəsirdə Ayvalık rayonunda torpağa tapşırılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Bursada yaşayan təqaüdçü kiçik zabit Fehmettin Saymaz 2013-cü ildə dünyasını dəyişib. Vəsiyyətinə görə Saymazın cəsədi gənc həkimlərin təhsilinə töhfə vermək üçün kadavra kimi istifadə edilib.

11 ildən sonra ailəsinin xahişi ilə Saymazın cənazəsi dəfn olunmaq üçün qardaşı Ergin Saymaz və qızları Çiğdem Saymaz Narlı və Semra Kamaya təhvil verilib.

Qızının yaşadığı Ayvalığa gətirilən Saymaz ailəsi, yaxınları, müəllimlər və yerli əhalinin iştirak etdiyi mərasimdən sonra rayon qəbiristanlığında torpağa tapşırılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.