İdman

“Qarabağ”a layiqincə məğlub olduq” - “Kopenhagen”in hücumçusu

4 Oktyabr 2025 00:29
Baxış: 202
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Danimarkanın "Kopenhagen" klubunun hücumçusu Mohammad Elyunussi Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda Bakıda "Qarabağ"a məğlubiyyəti (0:2) şərh edib.

Milli.Az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən norveçli "Qarabağ"ın gücünü etiraf edib:

"Təbii ki, çox zəif çıxışımızdan məyus oldum. Mənə elə gəlir ki, ilk hissədə matçı uduzduq. Biz mübarizələrdə yarım saniyə gecikdik və onlar həm havada, həm də meydançada duellərdə qalib gəlirdilər. "Qarabağ" bizdən daha kəskin görünürdü və daha sürətli hərəkət edirdilər.

"Qarabağ"ın təzyiqi bizi təəccübləndirmədi. Ona görə də həmişəkindən bir qədər sərt oynamağa çalışdıq, amma alınmadı. Onların qolundan dərhal sonra gözəl fürsətim yarandı, qol vurmalı idim. Vura bilmədiyim üçün məsuliyyəti öz üzərimə götürürəm. İkinci hissədə itirəcək heç nəyimiz qalmadığından daha sərbəst oynadıq. Həm də kifayət qədər şanslar yaratdıq. Əgər qol vursaydıq, oyunu dəyişə bilərdik. Lakin ümumilikdə, layiqincə məğlub olduq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.