Sağlamlıq

Bu qan qrupu olanlar diqqətli olsun: Beyin insultu riski daha yüksəkdir

3 Oktyabr 2025 23:53
Baxış: 274
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2022-ci ildə aparılmış genişmiqyaslı bir araşdırmaya əsasən bəzi qan qruplarına sahib şəxslərdə 60 yaşından əvvəl beyin insultu riski daha yüksəkdir.

Araşdırma nəticəsində məlum olub ki, A qan qrupuna sahib olanlarda erkən yaşda beyin insultu riski daha çoxdur. Belə ki, A qrupunun müəyyən genetik variantına sahib şəxslərdə risk digər qan qruplarına nisbətən təxminən 16% daha yüksəkdir. 

Tədqiqatda 18-59 yaş arasında təxminən 17 min beyin insultu xəstəsi və 600 mindən çox sağlam insanın məlumatları analiz edilib. Cəmi 48 genetik tədqiqatın nəticələri göstərdi ki, A1 alt qrupu ilə erkən yaşda beyin insultu arasında əhəmiyyətli əlaqə mövcuddur.

Erkən yaşda beyin insultunun səbəbləri, 60 yaşdan yuxarı insanlarda baş verənlərdən fərqli ola bilər. Gənc yaşda beyin insultu əsasən qan laxtalanması ilə bağlı mexanizmlərlə, yaşlılarda isə damar sərtliyi və yağ lövhələri ilə əlaqəlidir.

B qan qrupu olan şəxslərdə isə yaşdan asılı olmayaraq beyin insultu riski təxminən 11% daha yüksəkdir. Əvvəlki araşdırmalar göstərib ki, "ABO lokusu" adlanan gen bölgəsi koronar arteriya sərtləşməsi, ürək tutması və damarlarda laxtalanma riskini artırır.

Maryland Universitetindən vaskulyar nevroloq Steven Kittner qeyd edir ki, A qan qrupuna sahib olmaq əlavə müayinə tələb edən ciddi risk yaratmır. Statistika baxımından risk artırsa da, fərq nisbi olaraq kiçikdir.

Hər il ABŞ-də təxminən 800 min insan beyin insultu keçirir və bunların böyük əksəriyyəti 65 yaşdan yuxarıdır. 55 yaşdan sonra risk hər on ildə iki dəfə artır, buna görə də gənc yaşda baş verən beyin insultu daha nadirdir.

Tədqiqatçılar həmçinin fərqli etnik qruplardan daha geniş nümunələrlə əlavə araşdırmalar aparmağın bu əlaqələri daha aydın göstərəcəyini bildirirlər.

Araşdırma nəticələri Neurology jurnalında dərc olunub.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.