Ölkə

BŞİH müdaxilə etdi, tarixi binada təmir işləri dayandırıldı - FOTOlar

29 İyun 2024 15:42
Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Səid Rüstəmov küçəsində yerləşən tarixi binada aparılan təmir işləri zamanı nöqsanlara yol verilməsi ilə bağlı məlumat yayılıb. Məlumatda təmir zamanı binanın tarixi görkəminə zərər vurulduğu iddia edilir.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı "Qafqazinfo" Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlayıb.

Qurumdan sorğuya cavab olaraq bildirilib ki, paytaxtın rayonlarında tarixi binalarının fasadlarında aparılan cari təmir işlərinin vəziyyətinin araşdırılması və nəzarətdə saxlanılması məqsədilə BŞİH-də yaradılmış xüsusi Komissiya tərəfindən aparılan monitorinqlər davam etdirilir:

"Yasamal rayonu Səid Rüstəmov küçəsində yerləşən tarixi binada aparılan təmir işləri dayandırılıb. Buna səbəb, təmir-bərpa işləri aparılan zaman nöqsanların olub-olmamasını araşdırmaqdır. Mütəxəssislərin rəyindən sonra müvafiq qərar veriləcək".

Qeyd edək ki, sözügedən binanın 1911-ci ildə inşa edildiyi bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.